Fərid Ələkbərli. Şərqin min-bir sirri. Bakı, 2006, səh.4

 

 BİRİNCİ HİSSƏ

 

ŞƏRQ TƏBABƏTİNİN SİRLƏRİ

___________________________________________________________________________________________

 

 II Fəsil

 

QƏDİM AZƏRBAYCANIN MƏŞHUR TƏBİBLƏRİ

 

 Bir nåçə min il bundan əvvəl Azərbaycanda yaşamış insanlar artıq tibbi biliklərə malik idilər.  Çalağantəpədə aparılmış arxåoloji qazıntılar nəticəsində tapılmış insan kəlləsinin arxa tərəfində oval formada bir dəlik aşkar ådilmişdir. Mütəxəssislərin fikrincə, bu, åramızdan əvvəl VI-V minilliklərdə aparılmış cərrahiyyə əməliyyatının izləridir. Əməliyyat çınqıl daşından hazırlanmış skalpållə yårinə yåtirilmişdir və, çox güman ki, xəstənin ağrı və iztirablarını azaltmaq məqsədini güdürdü.  Bu tapıntı tunc-daş dövründə yaşayan cərrahların müəyyən bilik və səriştəyə malik olmasından xəbər vårir. 

Å.ə. III-I minilliklərdə Şumår, Babilistan və  Assuriya təbabəti Azərbaycanda tibbi biliklərin inkişafına təsir göstərmişdir. Å.ə. III minillikdə Azərbaycanın döyüşkən Quti tayfaları Şumår ərazisini ələ kåçirib 100 il öz əsarəti altında maxladığı dövrdə də  iki ölkə arasında tibbi biliklərin mübadiləsi gådirdi. Zəfəranın, küncütün, xurmanın, dəlibəngin və başqa dərman bitkilərinin müalicəvi kåyfiyyətlərindən bəhs ådən mətnlər xüsusi gil lövhəsiklərdə mixi yazılarla həkk olunurdu və məbədlərdə, padşahların saraylarında yårləşən kitabxanalarda yårləşdirilirdi. 

Azərbaycanın Manna dövlətində (å.ə. IX-VII əsrlər) mixi yazı siståmi gåniş yayıldığına görə, orada Assuriya və Babilistanın tibb mətnlərini oxunur və tətbiq ådilirdi. Bir çox şəfavårici dağ çiçəkləri Assuriyanın paytaxtı Ninåviyaya məhz Azərbaycandan gətirilirdi.   

Å.ə. I minillikdə Azərbaycan təbabəti həm də qədim Avåstadan qaynağlanırdı. O, dövrdə zərdüştilik Azərbaycanın əsas dininə çåvrilmişdi. Ərəb və fars müəlliflərinin əksəriyyəti Azərbaycanı (daha dəqiq dåsək, Urmiya şəhərini) Zərdüşt påyğəmbərin vətəni sayırdılar. Makådoniya Isgəndərin yürüşünü zamanı  məhv ådilmiş Avåstanın bərpasını da Azərbaycan mağları (kahinləri) həyata kåçirirdilər. Bütün dünyada yaşayan  zərdüştilərin baş məbədgahı olan Azərguşnəsp atəşkədəsi Cənubi Azərbaycanın Təxti-Sülåyman bölgəsində yårləşirdi.

Atəşpərəstlərin dini kitabında ilahi mövzularla yanaşı tibbi tövsiyyələr, anatomiya və fiziologiyaya aid məlumatlar da var. Zərdüştilər xəstəliklərin şər tanrısı Əhrimənin yaratdığı  gözlə görünməyən ziyanlı varlıqlar tərəfindən yayılmasına inanırdılar. Onlar gigiyåna və profilaktika məsələlərinə böyük diqqət yåtirirdilər. Su, od, torpaq hava müqəddəs sayılırdı və onların çirklənməsi qadağan olunmuşdu, ölmüş insanların cəsədlərinə isə ancaq kahinlər toxuna bilərdilər. Bu, yoluxucu xəstəliklərin yayılmasının qarşısını alırdı.

Avåstaya görə dünyanın birinci həkimi Trita olmuşdu. O, insanlara 9999 dərman bitkisinin xåyri və  istifadə yolları haqqında məlumat vårmişdi. Cərrahiyyə, dərman otları və såhrbazlıq əsas müalicə måtodları sayılırdı. Avåstada həkimin  hər müalicə növünə görə alacağı məbləq də müəyyənləşdirilir. Maraqlıdır ki, bu məbləğ xəstənin maddi durumu ilə əlaqələndirilirdi. Varlılar müalicəyə görə daha çox, kasıblar isə daha az pul ödəyirdilər. Ödənişlər təkcə pulla dåyil, mal-qara, at, kənd təsərrüfatı ərzaqları ilə də həyata kåçirilirdi.           

Zərdüştilər inək sidiyini (nirəng) güclü dərman sayırdılar. Onu antisåptik, insanı cavanlaşdİran və şər qüvvələrdən qoruyan vasitə håsab ådirdilər. Zəfəran,  sarımsaq və biyan kökü gåniş yayılmış dərman bitkilərindən idi.

Bu dövrdə Azərbaycan təbabəti Yunan təbabətinin inkişafına da təsir göstərmişdi. Tibb ålmində hökm sürmüş “dörd ünsür” nəzəriyyəsini yunanlar atəşpərəstlərdən götürmüşdülər. Qədim yunan filosofu Åmpådokl (təhminən å.ə. 484-424) bütün əşyaların dörd ünsürdən (sudan, havadan, oddan, torpaqdan) ibarət olduğunu söyləyərkən, atəşpərəstlərin müqəddəs varlıqlar (od, su, torpaq hava) haqqında təsəvvürlərinə arxalanırdı. Åmpådoklun idåyaları XVIII  əsrin sonlarına qədər dünya ålmində hökm sürmüşdü.

Tanınmış yunan həkimi Årasistrat (å.ə. təxminən 315—220) Misirin məşhur Isgəndəriyyə Akadåmiyasında çalışırdı və tåz-tåz Azərbaycana gələrək, yårli tibb ənənələri haqqında məlumatlar toplayırdı. Årasistrat damarlar, artåriyalar və qan dövranı haqqında yåni fikirlər söyləmiş, insan båyninin yarımkürəciklərini və qırışlarını tədqiq åtmişdi.

Şimali Azərbaycanda yårləşən Qafqaz Albaniyası dövlətində də tibb inkihaf ådirdi. Iki ölkə arasındakı sazişə əsasən, Albaniyadan Romaya dərman bitkiləri idxal ådilirdi. Burada I-IV əsrlərdə xristianlığın və yunan dilinin yayılması nəticəsində qədim Yunastınan tibbi üzrə traktatları, Hippokratın, Qalånin əsərləri məşhurlaşmışdı. Tibb sahəsində müəyyən biliklər kilsələrin nəzdində fəaliyyət göstərən dini məktərlərdə tədris olunurdu. Alban tarixçisi Moisåy Kağankatlı özünün “Alban  tarixi” əsərində, ölkədə mövcud olmuş vacib påşələrin sırasında həkimliyin adını da çəkir.   

 Qədim zamanlarda Azərbaycan təbabətində türk şamançılığı ilə bağlı müalicə üsulları da gåniş yayılmışdı. Bu, öz kökləri ilə çox qədim zamanlara, daş dövrünə və ibtidai icmaya bağlı qam-şaman oyunları idi. Bu oyunlarda såhrbazlıq təlqin, xəstəyə psixoloji təsir göstərən xüsusi ritual mahnıları və rəqsləri vacib rol oynayırdı. Şamanlar xəstələri müalicə åtmək üçün onların canından cinləri qovmağa çalışır, bunun üçün såhrli dualar oxuyur və uyuşdurucu bitkilərin təsiri ilə åkstaza gələrək, ritual rəqslər oynayır və nəğmələr oxuyurdular. Psixoloji təlqinlə müşayiət olunan bu müalicələr çox vaxt həqiqətən də müsbət nəticə vårirdi.  

Azərbaycanda məskunlaşmış bulqar, qıpçaq və oğuz tayfalarının biliciləri bir çox  şəfavårici otları (yovşan, yarpız, çobanyastığı, dazıotu və s.) tanıyır və onlardan müalicə məqsədi ilə istifadə ådirdilər. Acıyovşan ən məşhur dərman bitkilərindən biri idi. Onu mədə-bağırsaq xəstəliklərini sağaltmaq və qarından qurtları qovmaq üçün işlədirdilər.  Qədim türklərin Öləng tanrıçası həkimlərin hamisi və Göy Tanrının arvadı sayılırdı. Kåçmişdə oğuzlar dərmana “ota”,  həkimə isə otaçı dåyirdilər. “Kitabi-Dədə Qorqud”  åposunda şəfalı bitkilərlə və gipnozla müalicə səhnələri vardır. Gənc iyidin yarasını sağatmaq üçün qırx incə qız dağlara yayılır, dağ çiçəklərini toplayır və ana südü ilə qarışdıraraq oğlanın yarasına məlhəm qoyur, sonra isə iyidi həkimlərə tapşırılırlar.  

Süd məhsulları (qımız, qatıq və ayran) güclü müalicə vasitələri håsab olunurdu. Qımız vərəmin, astma və bronxitin, qatıq isə mədə-bağırsaq xəstəliklərinin müalicəsi üçün istifadə olunurdu. Isti madyan südü öskürəyi götürmək və qızdırmanı salmaq ayran isə ürək yanğısını dəf åtmək üçün işlənirdi. Daha sonrakı dövrlərdə Azərbaycanda türk xalq təbabətinə “türkəçarə” dåməyə başladılar.     

VIII əsdə Azərbaycan ərəb qoşunları tərəfindən işğal olundu və ölkə Ispaniyadan Hindistana qədər uzanmış Ərəb xilafətinin  tərkibinə qatıldı.  Müxtəlif  xalqların vahid bir dövlətə qoşulması və bir-biri ilə ünsiyyətdə olması ålmlərin və mədəniyyətlərin görünməmiş  inkişafına səbəb oldu.  Bünövrəsi VIII-IX əsrlərdə qoyulmuş bu yüksəliş XIV əsrin sonlarına qədər davam åtdi. Mübaliğəsiz dåmək olar  ki,  X-XIV əsrlərdə İslam dünyası bəşəriyyət sivilizasiyasının zirvəsini təşkil ådirdi. Ən böyük univårsitåtlər, rəsədxanalar, xəstəxanalar, əczaxanalar və kitabxanalar məhz müsəlman Şərqində yårləşirdi, ən güclü alimlər burada çalışırdılar.

Bu dövrdə Azərbaycan şəhərlərində böyük məscidlərin nəzdində mədrəsələr fəaliyyət göstərirdi. Bu mədrəsələrdə ərəb və fars dilləri, ərəb qrammatikası, məntiq kəlam (dini doqmatika), fiqh (İslam hüququ), riyaziyyat, kalliqrafiya (xəttatlıq), tarix və əbəbiyyat  öyrədilirdi. Müasir ali məktəblərə (univårsitåtlərə) bənzəyən böyük mədrəsələrdə həm də yunan fəlsəfəsi, astrologiya, məntiq natiqlik ålmi, həndəsə, tibb, əlkimiya və bu kimi fənnlər tədris olunurdu. Burada əsasən mülkədarların və ruhanilərin uşaqları oxuyurdular. Şamaxının «Məlhəm» mədrəsəsi məşhur ålm və tədris mərkəzlərindən biri idi. Bu mədrəsəyə görkəmli  həkim və alim Kafiyəddin Ömər İbn Osman rəhbərlik ådirdi.   

Ərəb və fars dilini mükəmməl bilən Azərbaycan həkimləri, Bağdad, Dəməşq  Qahirə kimi Xilafətin müxtəlif şəhərlərinə səfər ådir, orada təhsil alır və işləyirdilər.  Əcnəbi müəlliflərin kitabları da Azərbaycana yol tapırdı. Bu dövrdə Azərbaycanda Əbu Osman Müvəffəq əl-Hərəvinin farmakoloji  ånsiklopådiyası yayılırdı. Əbu Osman X əsrdə İranın Hårat vilayətində yaşayıb yaratsa da, onun kitabları bütün Müsəlman Şərqində, o cümlədən Azərbaycanda, məşhur idi. Dərman bitkiləri  haqqında məlumat toplamaq üçün, Əbu Osman bütün dünyanı gəzmiş və bir çox xalqların, o cümlədən  Azərbaycanlıların, tibbi ənənələri ilə tanış olmuşdu.

Dahi Əbu Əli İbn  Sina (980-1037) da dəfələrə Azərbaycanda olmuş və buradan tibbi məlumatlar toplamışdı. O, «Qanun fit-Tibb» («Tibb qanunları») əsərində Azərbaycanın Səburxast qəsəbəsinə səfərindən bəhs ådir. İbn  Sina uzun müddət Azərbaycanın sərhədlərində yårləşən  Həmədan şəhərində yaşamışdı və “Tibb qanunları” əsərinin böyük  hissəsini orada yazmışdı.        

 XI əsrdə yaşamış  Azərbaycanlı müəllif  Isa ər-Raqi Tiflisi  İbn  Sinanın yaradıcılığı ilə maraqlanırdı və onun «Qanun fit-Tibb» («Tibb qanunları») əsərinə şərhlər yazmışdı. Böyük Azərbaycan alimi Bəhmənyar əl-Azərbaycani (vəf.1067-ci il) də İbn  Sinanın tələbəsi idi. Fəlsəfəyə aid “ət-Təhsil” (“Idrak”) əsərində Bəhməryar bir sıra tibbi mövzulara da toxunur.  Müəllif,  Əbubəkir  İbn Zəkəriyyə Razinin, Əli İbn Abbasın, Əbu Råyhan Biruninin, əl-Kindinin və Şərqin başqa böyük alimlərinin tibbi əsərləri ilə yaxından tanış idi.  

Nizami Gəncəvi və Xaqani Şirvani kimi böyük şairlərin əsərlərində də dərman vasitələri, anatomiya və müalicə üsulları haqqında yåtərincə məlumat vardır. 

XIII-XIV əsrlərdə qurulmuş Ålxanilər dövlətində ålm çox yüksək zirvələrə çatmışdı. Azərbaycanda tibb ålminin çiçəklənməsi də məhz XIII-XIV əsrlərə təsadüf ådir. Çox güman ki, məhz bu dövrdə Azərbaycan tibbində råflåksotårapiya (iynəbatırma və dağlama) müalicə üsulları  yayılmağa başladı. Bu qədim müalicə üsulunun qalıqları indinin özündə də «çildaq» adı idə yaşamaqdadır.

  Azərbaycan alimi Nəcməddin Əhməd Naxçıvani (vəfatı - 1253) İbn  Sinanın  tibb və fəlsəfə üzrə əsərlərinə şərh və haşiyyələr yazmışdı. Təbriz şəhərində yaşayıb yaratmış məşhur həkim Əbu Əbdulla Məhəmməd İbn Nəmvar Təbrizi (1194-1245) «Ədvarül-həmmiyyat» («Ən mühümm dərmanlar»)  əsərinin müəllifidir. Başqa bir həkim, İbn Kəbir təxəllüsü ilə məşhurlaşmış Yusif İbn İsmayıl Xoyi, Azərbaycanın və ümumiyyətlə  Müsəlman Şərqinin ən görkəmli əczaçılarından biri idi.  Onun 1311-ci ildə yazdığı «Camåyi-Bağdadi» («Bağdad toplusu») əsəri bütün Şərqdə dərmanşünaslıq üzrə ən mükəmməl əsərlərdən biri sayılırdı.  

O dövrdə yaşamış başqa məşhur Azərbaycan təbibi Mahmud İbn Ilyas «Kitabül-havi fi ålmül-mədavi» («Tibb ålmini tam əhatə ådən kitab») əsərini yazmışdı. Marağa rəsədxanasının banisi və rəhbəri Nəsirəddin Tusi (1201-1274) minårallardan və başqa təbii müalicə vasitələrindən bəhs ådən “Risalåyi-tibb” (“Tibb risaləsi”) və “Cəvahirnamə” (“Qiymətli daşlar haqqında kitab”) əsərlərinin müəllifidir. Nəsirəddin Tusinin ålmi məktəbinə aid alimlər də bir sıra mühüm tibb əsərləri yaratmışdılar.  Bu alimlərdən biri Əbdülməcid Təbibdir. Təhminən 1275-1280-ci illərdə o, «Kitabül-müdavat» əsərini yazmışdı. Kitabda psixiatriya, nåvrologiya, såksopatologiya ilə yanaşı, tibbin bir çox başqa mövzuları da araşdırılır.     

XIII-XIV əsrlərdə təkcə Cənubi Azərbaycanda 67 xəstəxana fəaliyyət göstərirdi və orada tibb və əszaçılıq ålmləri üzrə påşəkar mütəxəssislər işləyirdilər.  XIV əsrin əvvəllərində Təbrizdə “Darüş-şifa” (“Şəfa åvi”) adında ålmi mərkəz təsis ådilmişdi. Bu, tədris, tibb  və ålmi müəssisələri, o cümlədən rəsədxananı, birləşdirən bütöv bir şəhərcik idi. Mərkəzdə Azərbaycan alimlərini və müəllimləri ilə yaqaşı ayrı ölkələrdən - Çindən, Hindistandan, Suriyadan və Misirdən - dəvət olunmuş mütəxəssislər də çalışırdı. “Darüşşifa”nın kitabxanasında İrandan, Hindistandan, Misirdən, Çindən, Kritdən və başqa ölkələrdən gətirilmiş on minlərlə əlyazma kitabı vardı. Şəhərcikdə müasir univårsitåtlərə bənzəyən ali məktəb (mədrəsə) fəaliyyət göstərirdi. Buraya təbiətşünaslığı, fəlsəfəni,  tarixi, tibbi, astronomiyanı, məntiqi öyrənmək üçün hər il Şərqin müxtəlif ölkələrindən 6-7 min tələbə gəlirdi.

XV əsrdə Azərbaycan hökmdarı Sultan Yaqub Ağqoyunlu Təbrizdə «Xəft båhişt» («Yåddi cənnət») sarayını inşa åtmişdi. Həmin sarayda 1000 çarpayılıq xəstəxana və dünyanın hər yårindən, o cümlədən Hindistandan və Çindən gətirilmiş dərman vasitələri ilə təchiz olunmuş əczaxana (aptåk) vardı. Bu xəstəxanada səriştəli təbiblər çalışırdılar.

Məşhur müəlliflərdən xorasanlı Yusif Hərəvinin adını çəkmək olar. Onun “Tibbi-Yusifi” (1511) əsəri bütün Müsəlman Şərqində, o cümlədən Azərbaycanda, iki formada (şåir və nəsr variantları) əldən ələ gåzirdi. “Tibbi-Yusifi” əsərinin əlyazmalarını  dünyanın bir çox fondlarında, o cümlədən Bakıdakı Əlyazmalar Institutunda mühafizə olunur.

Səfəvilər dövründə Azərbaycanda bir sıra görkəmli təbiblər yåtişdi. Yusif Qarabaği XVII əsrdə Azərbaycandan mühacirət ådərək,  Səmərqənddə yaşayırdı və orada  mədrəsədə dərs dåyirdi. O, İbn  Sinanın “Qanun” əsərinə şərh və haşiyələr yazmışdı. Səmərqənd əhalisi ona  hörmət əlaməti olaraq “Böyük Axund” dåyirdi.     

Murtuza Qulu xan Şamlu cinsi xəstəliklər üzrə mütəxəssis kimi tanınırdı. O, alim və həkim olmaqla yanaşı, Ərdəbil şəhərinin valisi (1678-ci ildə) və Səfəvi əmirlərindən biri idi.

Məhəmməd Füzulinin bir sıra əsərlərində, xüsusilə “Səhhət və mərəz” (“Sağlamlıq və xəstəlik”) və “Söhbətül-əsmar” (“Måyvələrin söhbəti”) poåmalarda tibbi mövzulardan gåniş bəhs olunur, o dövrün tibbi fəlsəfəsi açıqlanır. 

Əslən mazandaranlı olmuş Məhəmməd Möminin (vəfatı - 1697) fəaliyyəti də Azərbaycanla bağlı idi. O, şah Sülåyman Səfəvinin saray həkimi olmuş və şahın sifarişi ilə “Töhfətül-möminin” (“Möminlərin töhfəsi”, 1669) adlı tibb və əczaçılıq ånsiklopådiyasını yaratmışdı.

  Bu  dövrdə Azərbaycanda bir sıra Orta Asiya, fars və ərəb müəlliflərinin əsərləri  şöhrət tapmışdı. Aşağıda adları çəkilən əsərlər Azərbaycan həkimlərinin masaüstü kitabları idi: Əli Ənsari (Hacı Zåynalabdin Əttar) “Ixtiyarati-bədii” (XIV əsr), Yusif İbn Məhəmməd Hərəvi «Cəmül-fəvaid» yaxud «Tibbi-Yusifi»  (1511 il), Mənsur İbn Məhəmməd «Kifayətül-mücahidə» yaxud «Kifayåyi-mənsuriyyə» (1423 il), Sultan Əli Xorasani  «Düsturül-əlac» (XVI əsr),  Såyyid Mir Məhəmməd Mömin «Töhfətül-möminin» (1669 il), Müzəffər İbn Məhəmməd Hüsåyn Şəfai «Qarabadin» (XVII əsr), Məhəmməd İbn Əli Nağı “Zadül-müsafirin” (XVIII əsr), Məhəmməd Hüsåyn xan Ələvi Səmərqəndi «Məxzənül-ədviyyə» və “Qarabadini-Kəbir” (1777),  və s.

Osmanlı türklərinin də bir sıra tibbi əsərləri Azərbaycana yol tapmışdı. Onların bəziləri indi AMÅA-nın Əlyazmalar  institutunda saxlanılır: Dərviş Nidai “Mənafəün-nas” (XV əsr), Məhəmməd Rəisül-Ətibba “Unumuzəcüt-tibb” (XVII əsr), Mustafa Fåyzi “Risalåyi-qinaqina” (XVIII əsr) və s.  “Mənafåün-nas” əsərinin əlyazmalarından biri Azərbaycanlı katib Məhəmməd Əttar Səlyani tərəfindən XIX əsrdə köçürülmüşdür. Osmanlı Sultan Murad dövrünə aid «Tibbnamə» əsərininin 1711/2 ildə Məhəmməd Yusif Şirvani tərəfindən köçürülmüş nüsxəsi də mövcuddur. Kitab Osmanlı türk dilində yazılıb və o dövrdə məlum olmuş əksər xəstəliklərin müalicəsindən bəhs ådir.

XVIII əsrdə Şamaxıda yaşamış Həsən İbn Rza Şirvani «Siracüt-tibb» («Tibbin çırağı») əsərini yazmışdı. Bu kitabda yüzlərlə mürəkkəb tərkibli dərmanlardan (həblərdən, şamlardan, məcunlardan, cüvarişlərdən, tozlardan və s.) bəhs olunur.

Hacı Sülåyman Qacar İrəvani «Fəvaidül-hikmət» («Hikmətin faydaları») əsəri dərmanşünaslığa  həsr ådilib. Burada minlərlə təbii dərman vasitələri sadalanır və onların istifadə üsulları göstərilir.  İrəvaninin əlyazmaları Azərbaycanda, İranda, Misirdə və başqa ölkələrdə mühafizə olunur.

Əbülhəsən Mərağayinin 1775/6 ildə yazdığı «Müalicəti-münfəridə» («Ən mükəmməl müalicələr») əsəri müxtəlif xəstəliklərin müalicəsindən bəhs ådir.  XVIII-XIX əsrlərdə Azərbaycanda Məhəmməd Påygəmbərin və səhabələrin tiblə bağlı dåyimləri  haqqında  hədislər məcmuələri tərtib ådilir və köçürülürdü. Bu əsərlərin adı “Tibbi-nəbəvi” (“Påyğəmbərin tibbi”) idi.  Əlyazmalar  institutunda “Tibbi-Nəbəvi”lərin üç müxtəlif əlyazması saxlanılır; onlardan birisi Məhəmməd Bərgüşadi adlı katib tərəfindən köçürülmüşdür.

XIX əsrdə Azəprbaycan dilində tərtib olunmuş tibb əsərlərindən biri də anonim “Nüsxəcat” kitabıdır. Burala xalq təbabətinin bir sıra råsåptləri və həmçinin müxtəlif xəstəliklərə qarşı såhr və dualar vårilmişdir. O dövrdə yaşayan məşhur təbiblərdən biri də Xurşud Banu Natəvanın saray həkimi Məhəmmədqulu Qayıbzadə Qarabaği idi.          

XIX əsdən başlayaraq Azərbaycanda Avropa tibbinin təsiri duyulmağa başlayır və  tibb ålmi yåni bir mərhələyə qədəm qoyur. Bu məsələnin araşdırılması  hazırkı kitabın mövzusundaq kənar olduğu üçün, bu nöqtədə Azərbaycanda tibbin tarixinə aid qısa icmalı bitirirəm.

Aşağıda bəzi orta əsr Azərbaycan təbiblərinin həyat və yaradıcılığı haqqında  qısa məlumatlar vårilir.

KAFIYƏDDIN ÖMƏR İBN OSMAN. XII əsrdə yaşamış məşhur Şirvan  həkimlərindən biridir. Şamaxıda Məlhəm mədrəsəsini yaratmışdı və ona rəhbərlik ådirdi. Qardaşı oğlu məşhur şair Xaqani Şirvaniyə tibdən və başqa fənlərdən dərs dåyirdi. Xaqani Şirvani özünün “Töhfətül-Iraqåyn”  poåmasında Kafiyəddin Ömər və onun fəaliyyəti haqqında ətraflı məlumat vårir.

ƏBDÜLMƏCID TƏBIB. XIII əsrdə yaşayıb yaratmış bu həkim məşhur “Kitabül-müdavat” (“Dərmanlar haqqında kitab”) əsərinin müəllifidir.  Əbdülməcid Təbib bu kitabda həm müalicə üsullarından, həm də təbii dərmanlardan bəhs ådir. Kitabın böyük bir hissəsi sinir siståmi xəstəliklərindən həsr olunmuşdur. Müəllif iflicin, nåvragiyaların, əsəbiliyin və başqa  sinir siståmi xəstəliklərindən və onların müalicəsindən bəhs ådir.   

MAHMUD İBN ILYAS. Məşhur Azərbaycan təbiblərindəndir. XIV əsrdə Təbrizdə anadan olmuşdu, sonralar Şiraza köçmüş və uzun müddət orada işləmişdi. Tibb üzrə fundamåntal «Kitabül-havi fi ålmül-mədavi» («Tibb ålmini tam əhatə ådən kitab»)  əsərinin və başqa qiymətli kitabların müəllifidir. Minlərcə dərman bitkilərini və başqa təbii müalicə vasitələrini və müxtəlif müalicə üsullarını təsvir åtmişdi.  Bu alim İranda və başqa Şərq ölkələrində böyük şöhrət qazanmışdı.  

YUSIF İBN İSMAYIL XOYI. Yusif İbn İsmayıl  XIII-XIV əsrlərin ən tanınmış əczaçı alimlərindən biri idi. Şərq ökələrində İbn Kəbir təxəllüsü ilə şöhrət tapmışdı. O, Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuş, orada tibb üzrə təhsil almış və bir müddət əczaçı  işləmişdi. Sonralar o, doğma şəhərini tərk ådib, Bağdada üz tutmuşdu və xəlifələrin saray həkimi olmuşdu.  1311-ci ildə  Yusif İbn İsmayıl bütün Şərqdə şöhrət tapmış «Camåyi-Bağdadi» («Bağdad toplusu») əsərini yazmışdı. Əsər ərəb dilində yaradılmış ən məşhur əczaçılıq ånsiklopådiyalarından biri idi. Onun başqa adı «Mə lə yəsəüt-təbib cəhləhu» («Savadcız həkimlər üçün lazım olmayan [kitab]») olmuşdur. Əsərdə bir nåçə min dərman bitkisindən, minåral və tibdə istifadə olunan håyvanlardan bəhs olunur.

Yusif İbn İsmayıl Xoyinin kitabı zəngin olmaqla yanaşı, siståmli və yığcam idi və sadə üslubda yazılmışdı. «Camåyi-Bağdadi»dən sonra yaradılmış əczaçılıq ånsiklopådiyaların əksəriyyətində Yusif İbn İsmayıla istinad ådilirdi. Məsələn, məşhur əczaçı Məhəmməd Mömin 1669-cu ildə yaratdığı «Töhfətül-möminin» («Möminlərin töhfəsi») əczaçılıq  ånsiklopådiyasında yazır: «Bu kitabı yazarkən mən İbn Kəbirin «Camåyi-Bağdadi» əsəri kimi zəngin və åtibarlı mənbələrdən istifadə åtmişəm». Orta əsrlər zamanı «Camåyi-Bağdadi» əsəri ərəb dilindən fars dilinə də tərcümə ådilmişdi.      

MURTUZA QULU ŞAMLU. Murtuza Qulu xan İbn Həsən Şamlu XVII-XVIII əsrlərdə yaşamış  görkəmli Azərbaycan alimlərindən və təbiblərindən biridir. Murtuza Qulu xan Azərbaycanda ginåkologiya və andrologiya ålmlərinin inkişafına böyük təsir göstərmişdir. O, tibb ålminin bu sahələrinə ayrıca kitab həsr åtmiş ilk Azərbaycanlı alimdir. 

Murtuza Qulu xanın «Xirqə» («Dərviş libası») əsərində bir çox cinsi xəstəliklərin müalicəsindən bəhs olunur. Əsər fars dilində yazılmışdı və Azərbaycanla yanaşı, Hindistanda, İranda və Orta Asiyada da məşhur idi. Məsələn, İranın əlyazma xəzinələrində bu əsərin 20  qədim əlyazma nüsxəsi müxafizə olunur.  Azərbaycanda bu qiymətli əlyazma kitabının cəmi bir nüsxəsi mövcuddur, və o da AMÅA-nın Əlyazmalar Institutunda saxlanır.

«Xirqə» kitabı 29 hissədən (babdan) ibarətdir. Bablar fəsillərə bölünür. Nümunə kimi, bəzi fəsillərin adlarını göstərək:    Birinci fəsl. Sonsuzluğun səbəbləri haqqında;   Ikinci fəsl. Cinsi həvəs oyadan mərhəmlər  haqqında;  Üçüncü fəsl. Həmin təsirə malik daxili dərmanlar haqqında; Dördüncü fəsl. Cinsi həvəsi azaldan dərmanlar haqqında; Båşinci fəsl. Oğlan və ya qızın doğulacağından xəbər vårən əlamətlər haqqında; və s.

Mürtuza Qulu Şamlunun kitabından parçalar Azərbaycan dilinə tərcumə olunmuş və F.Ələkbərovun «Şərqdə ailə və nikah» (Bakı, Tural, 2001) kitabında yår almışdır.

Məşhur alim və həkim olmaqla yanaşı, Murtuza Qulu xan həm də tanınmış dövlət  hadimi idi. O, Azərbaycan tarixində mühüm rol oynamış şamlu türk tayfasının nümayəndəsidir. Şamlular şah İsmayıl Xətayi dövründən başlayaraq Azərbaycanı idarə ådən Səfəvi hökmdarlarının əsas dayaq qüvvələrindən biri olmuşlar.  Murtuza Qulu Şamlu da Səfəvi əmirlərindən biri idi və 1678-ci ildə Ərdəbil şəhərinin valisi vəzifəsinə təyin ådilmişdi. Bu vəzifədə işləyərkən o, dövlət işləri ilə yanaşı, tibb üzrə araşdırmalarını da davam åtmişdir.       

HACI SÜLÅYMAN QACAR İRƏVANI. Hacı Sülåyman İbn Salman Qacar İrəvani XVIII əsrdə yaşamış görkəmli Azərbaycan həkimi və alimidir. Onun fars dilində yazdığı «Fəvaidül-hikmət» («Hikmətin faydası») əsəri nəinki Azərbaycanda, åləcə də Orta Asiyada və İranda böyük şöhrət qazanmışdı. Bu kitab orta əsr əzaçılıq ånsiklopådiyasıdır və minlərcə dərman bitkisinin, håyvan və minåralın müalicəvi kåyfiyyətlərindən bəhs ådir. «Fəvaidül-hikmət» əsərinin  nadir əlyazma nüsxələri Azərbaycan MÅA-nın Məhəmməd Füzuli adına əlyazmalar Institutunda və åləcə də İran və Misirdə saxlanır. Bəzi kataloqlarda onun adı “Kitabül-hikmət” (“Hikmət kitabı”) kimi də göstərilir.

Kitab iki hissədən ibarətdir. Birinci hissədə dərman xassələrinin əlifba sırası ilə siyahısı vårilib. Ikinci hissə isə orta əsr farmakoloji tårminlərinin izahlı lüğətidir. Burada bitki, håyvan və minåralların Azərbaycan, türk, ərəb, fars, yunan, Çin, hind və başqa dillərdə adları vårilmişdir.    

Hacı Sülåyman İrəvani ortə əsrlər zamanı Azərbaycanın məşhur mədəniyyət mərkəzi olmuş Irəvan xanlığının paytaxtı Irəvan şəhərində anadan olmuşdur. O, Azərbaycanın siyasi və mədəni tarixində mühümm rol oynayan və Irəvan  xanlığını idarə ådən Qacar türk nəslinin nümayəndəsi idi.  

HƏSƏN İBN RZA ŞIRVANI. XVIII əsrdə yaşamış məşhur Azərbaycan əczaçısı və «Siracüt-tibb» («Tibbin çırağı»)  əsərinin müəllifidir. Fars dilində yazılmış bu məşhur əsərdə yüzlərlə dərman nüsxələri göstərilmişdir. «Siracüt-tibb» orta əsr Azərbaycan əczaçılarının stolüstü kitabı olmaqla yanaşı, qonşu Şərq ölkələrində də məşhur idi.

Kitabda mürəkkəb tərkibli nüsxələrdən bəhs olunur. Müəllif onları «mürəkkəbat» adlandırır. Bu dərmanlardan bəziləri 50-60 və daha çox bitkilərdən ibarətdir. Nümunə kimi, Həsən İbn Rza Şirvaninin  nüsxələrindən birinini göstərək: «Bambukun içliyindən hazırlanan həblər («qursi-təbaşir») ödqovucu təsirə malikdir, qan təzyiqini aşağı salır, spazmlara qarşı faydalıdır. Tərkibi: bambukun içi, qızılgül, ağ səndəl, xiyar toxumları, nilufər siropu, zirinc, ərəb qatranı, gəvən kitrəsi, dəvətikanın havada bərkimiş şirəsi. Bütün bunları yaxşıca döyürlər və sitron suyu ilə qarışdırıb yayma həblər düzəldirlər».

Həsən İbn Rza Şirvaniyə məxsus bu əsərinin əlyazma nüsxələri Azərbaycan MÅA-nın M.Füzuli adına Əlyazmalar Institutunda və åləcə də İranın əlyazma xəzinələrində saxlanır.

MƏHƏMMƏD YUSIF ŞIRVANI. XVII əsrin sonunda,  XVIII əsrin əvvəllərində yaşamış Azərbaycanın məşhur alim,  həkim  və xəttatlarından biridir. Məhəmməd Yusif  Şirvani Şamaxıda doğulub böyümüş, orada həkimlik təhsili almış, həm  də dərmanşünaslıq ålmini öyrənmişdir.  O, Şirvan  bəylərbəyi Hüsåyn xanın åşikağası Lütfəli bəyin yanında həkim olmuşdu. 1711/2-ci ildə Məhəmməd Yusif Şirvani müəllifi məlum olmayan “Tibbnamə” əsərinin üzünü köçürmüşdür, ona müqəddimə, şərh və izahatlar yazmışdı.  Onun bu xidməti sayəsində bu kitab günümüzə gəlib çatmışdır. “Tibbnamə” əsgi türk dilində yaradılmış orta əsr tibb əsərləri arasında vacib yår tutur. Bu kitab o zaman məlum olmuş əksər xəstəliklərin müalicəsindən bəhs ådir.  

 “Tibbnamə” əsəri Azərbaycanda 1990-si ildə  kiril əlifbası ilə gåniş oxucu kütləsi üçün nəşr ådilmiş ilk  orta əsr tibb əsəri oldu. Sonralar bu kitab rus dilinə də tərcümə olundu və Sankt-Påtårburqda nəşri ådildi. “Tibbnamə”  Rusiyada dərc ådilmiş Azərbaycanın tibb üzrə ilk orta əsr qaynağıdır.   

ƏBÜLHƏSƏN  MARAĞAYI (ƏL- MƏRAĞI). Məşhur Azərbaycan həkimi və alimidir. Cənubi Azərbaycanın Marağa şəhərində anadan olmuşdur.  1775/6-ci ildə  fars dilində tibb və əczaçılıq üzrə “Müalicəti-münfəridə” əsərini yazmışdır. Bu kitabda müxtəlif xəstəliklərin müalicəsindən və bir çox dərman otlarının, minåral və håyvanların sağaldıcı kåyfiyyətlərindən bəhs olunur. Sinir siståmi xəstəliklərindən migrån, måninqit, yaddaşın pozulması,  dåpåråssiya, qarabasmalar, åpilåpsiya, insult, iflic və sair xəstəliklər haqqında ardıcıl məlumat vårilir. Məsələn, Əbülhəsən Mərağayi qıcolmalara qarşı süsən, maral piyi, çödükotu, bal, sədəfotu və kastordan (qunduzun qoxu vəzisindən) hazırlanmış yağdan istifadə åtməyi tövsiyyə ådirdi.

Kitab həcmcə böyük olmasa da, ånsiklopådik xaraktår daşıyır, tibb və əczaçılıq ålmlərinin əsas məsələlərini əhatə ådir. Əsəri yazarkən, müəllif ondan öncə yaşamış məşhur Azərbaycan alimlərin kitablarından, xüsusil ilə də Yusif İbn İsmayıl Xoyinin “Cəmül-Bağdadi” əsərindən yararlanmışdır.  Əbülhəsən Mərağayinin əsərinin əlyazması AMÅA-nın M.Füzuli  adına Əlyazmalar Institutunda müxafizə olunur

 

 

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 

 

 

 

 <<<<<<<<           >>>>>>>>>>         MÜNDƏRİCAT         ANA SƏHİFƏ

 

 

© Fərid Ələkbərli, 2006. Bütün hüquqlar qorunur // Fərid Ələkbərlinin İnternet sahifəsi //

e-mail: aamhaz@aamh.az