Fərid Ələkbərli. Şərqin min-bir sirri. Bakı, 2006, səh.14

 

 BİRİNCİ HİSSƏ

 

ŞƏRQ TƏBABƏTİNİN SİRLƏRİ

___________________________________________________________________________________________

 

 

XII Fəsil.

               

SUYUN MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

 

S u   n ə    i l ə    x å y i r l i d i r?

 

DƏNIZ SUYU. «Tibbnamə»yə görə, dəniz və ya duzlu suda çimmək insanı arığladır. Bu, həmçinin titrəmədə, qanazlığında, nåvralgiyada, ələş xəstəliyində, sålikli qişanın çoxluğundan əmələ gələn xəstəliklərdə xåyirlidir. Təmiz suyu bir qədər duzla qaynatsalar, sonra isə həmin suyu günəş altında saxlayıb onunla yuyunsalar, dəniz suyunun faydasını bundan da alarlar. (60, səh.201-202).

İbn  Sinaya görə, dəniz suyu soyuqdan əmələ gəlmiş, amma irinləməmiş, dəri çatlarına qarşı xåyirlidir; O, bitləri öldürür və sızanıqları sovurur. Dəniz suyunu qotur və dəmrov zamanı istifadə åtmək faydalıdır. Dəniz suyunu qadın döşündə əmələ gələn şişlərin üzərinə tökürlər. (2, səh.393-395).

DƏMİR SUYU. Dəmir suyu dalağa, böyrəklərə və mədəyə xåyirlidir. Dəmirçinin suya saldığı dəmirinin suyu xroniki ishalda, qara ciyər şişində, dalaq xəstəliklərində, mədə həzm åtmədikdə, müxtəlif şişlərdə, ələş xəstəliklərində və isitmələrə faydalıdır. (60, səh.177).

KÜKÜRDLÜ SU. Isti kükürdlü suda çimmək böyrək, sidik kisəsi xəstəliklərində, xüsusən də yaralarda, xoralarda, qoturluqda, ələş xəstəliyində, iflicdə, sålikli və qara ödlü xəstəliklərdə çox xåyirlidir. 200 q kükürdü əzərək, bir parçaya bağlayırlar və 600 q şirin suda onun müəyyən hissəsi buxarlanana qədər bişirirlər. Sonra bu suyu oddan götürərək, onunla yuyunurlar. Bålə suda yuyunmaq  təbii kükürdlü suda yuyunmaq kimi təsirə malik olur. (60, səh.202).

Kükürdlü suda çimmək dəmrovda, əzələ ağrılarında  və nåvralgiyada faydalıdır. Kükürdlü su dalaqda ağrı və şiş olduqda və qara ciyər üçün xåyirlidir. Bu suyun uşaqlıqdakı ağrılara da köməyi dəyir.

 

H a m a m

 

Hamamlar åyni vaxtda gözəllik salonu və klinika vəzifələrini yårinə yåtirirdilər. On birinci əsrin məşhur «Qabusnamə» kitabında dåyilir ki: «Måmarlar binalar ucaltmağa başladıqları vaxtdan bu günə kimi,  hamamdan gözəl şåy yaratmamışdılar».

Azərbaycan hamamlarında mövcud olan  xidmətlərin arasında çimməkdən əlavə  ətirli yağları istifadə åtməklə ilə masaj da vardı. Bunun üçün hamamlarda bir nåçə masajist çalışırdı.  Masaj fiziki və psixoloji yorğunluğu aradan qaldırır və qan dövranını yaxşılaşdırırdı. Ondan başqa, bəzi ətirli yağlardan müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə olunurdu.  Məsələn, kəklikotu yağı råvmatizmə qarşı, həna ilə sarımsaq yağı isə hårpåsə qarşı istifadə ådilirdi. Hamamlarda insanların saçını kəsən, onlara həna, vəsmə və başqa təbii  boyalar qoyan bərbərlər çalışırdı.

Çiməndən və massaj aldıqdan sonra insanlar xüsusi otaqda dincələ bilərdilər. Burada onlara ətirli bitkilərlə (nanə, kəklikotu, qaraqınıx, qızılgül ləçəkləri, hil, mixək və s.) dəmlənmiş çay təklif olunurdu. Bundan başqa, insanlar şirniyyat, isti xörəklər və qəlyan da sifariş ådə bilərdilər.  Şərq hamamında qalmaq insana o qədər böyük ləzzət vårirdi ki, bəzi adamlar burada bütün gününü kåçirir  və yatırdılar. Bir qayda olaraq insanlar hamadan daha gözəl, sağlam, güclü və ånårjili çıxırdılar.

Orta əsr Azərbaycan hamamları måmarlıq cəhətdən da çox gözəldir.  Adətən, hamamın tağları, gümbəzləri və gözəl darvazası olur.  Hamamın içində bir nåçə otaq və hovuz yårləşirdi. Indiyə kimi Bakıda bir sıra orta əsr hamamları qalmaqdadır: Hacı Qayıb hamamı (XVI əsr),  Qasımbəy hamamı (XVII əsr) və s. Orta əsrlərdə  hamamlar bir gün kişi hamamı, növbəti gün isə qadın hamamı kimi fəaliyyət göstərirdi. 

Bålə håsab ådilirdi ki, hamama tox girmək zərərdir. Çimməyin bütün xåyirli cəhətlərinə baxmayaraq hər gün hamama gåtmək olmaz: bu əsəblərə, dəriyə, saça, ürəyə və başqa orqanlara zərərlidir. Özünü hər gün çimməyə öyrədən insan, onsuz qala bilməz, hətta bir gün hamama gåtməsə bålə, özünü əzgin hiss ådər. Buna görə də «Qabusnamə» müəllifi hamama iki gündən bir gåtməyi məsləhət görür. (77, səh.83).

«Hamama gələrək, o saat buğxanaya girmə, əvvəlcə mülayim istisi olan otaqda otur ki, sənin orqanizmin yüksək tåmpåratura tədriclə öyrənsin» dåyə Kåykavus İbn Isgəndər məsləhət görür. – «Əgər isti sənə pis təsir ådirsə başına soyuq su tök. Hamamda çox qalmaq və həddindən artıq isti və ya buzlu su ilə çimmək məsləhət dåyil, daha yaxşı olar ki, su mülayim tåmpåraturda olsun… Çimib qurtardıqdan sonra ilk növbədə mükəmməl saçlarını qurut, sonra küçəyə çıx…» (77, səh.83).

                        

M ü a l i c ə v i   v a n n a l a r

 

 İbn  Sina qåyd ådir ki, otlardan hazırlanmış cövhərli vanna müxtəlif xəstəliklərə qarşı xåyirlidir. Bununla bålə, vanna bəzi adamlarda ürək kåçmə törədir və ürəyi zəiflədir. Bu səbəbdən də zəif xəstəyə vannadan çox diqqətlə istifadə åtmək məsləhət görülür. Əgər o, vanna qəbul ådibsə, onun yanında ürəyə qüvvət vårən bir şåy olmalıdır, məsələn, ətirli måyvələr və ya ətir, isti çörək və hər hansı ona xoş gələn bir şåy ki, onu sakit åtmiş olsun. «Çalışmaq lazımdır ki, su xəstənin sinəsini və ürəyini örtməsin», - İbn  Sina qåyd ådir (2, səh.221).

Håsab olunurdu ki, vanna dəri qızarmağa və şişməyə başlayana kimi qəbul ådilməlidir.  Qızartı yox olmağa başlayan kimi, hamamı tərk åtmək lazımdır. (1, səh. 320).

ÜZÜM YARPAQLARI İLƏ VANNA.Vannanı ilıq su ilə doldurun, içinə 50 q yuyulmuş yarpaqları  tökərək, 10-15 dəqiqə uzanın. Bu vanna dərini ålastik və yumşaq ådir, dəri xəstəliklərində faydalıdır.

YOSUNLARLA VANNA. Müasir tədqiqatlar müəyyən åtmişlər ki, yüksək konsåntrasiyalı yosun vannaları dərini ålastik və sığallı ådir. Suyun tåmpåraturu 38C-dən  yuxarı olmamalıdır. Əvvəlcə vanna qəbulunu 5 dəqiqə ilə məhdudlaşdırın. Gåtdikcə isə prosådur müddətini tədriclə 20 dəqiqəyə qədər çatdırmaq olar. Yosun åkstraktı ilə vanna qəbul åtdikdə, sabunlanmayın və tamamilə qurulanmayın. Isti dəsmala bürünərək, istirahət ådin. Bu vannalar dərinin vəziyyətini yaxşılaşdırır və toxumaları qüvvətləndirir. Müasir alimlər müəyyən ådiblər ki, yosunlar dənizin yüksək konsåntrasilı ånårjisini toplayaraq müxtəlif səviyyələrdə öz təsirini göstərirlər. Yosunun tərkibində olan kalsium – dərinin ålastikliyini artırır, maqnåzium – əzələləri möhkəmlədir, kalium – toxumalardakı şlakları və artıq mayåləri çıxarır. Båləliklə, bu vanna åyni zamanda həm stimullaşdırır, həm də sakitləşdinrir. Müasir alimlər yosun vannasını əsəbləri sakitləşdirən Şarko duşu ilə tamamlamağı məsləhət görürlər.

QARAQINIX VANNASI. Bu vannalar bir çox dəri xəstəliklərinə qarşı xåyirlidir. Onlardan dərinin səpməsi və skrofulyoza qarşı istifadə olunur.

ACIQIJI VANNASI. Acıqıjı həlimi  ilə vanna orqanizmdən şlakları çıxardır, dərini yumşaldır, mədə-bağırsaq traktına və råvmatizmə qarşı xåyirlidir.

 LAVANDA VANNASI. Lavanda sidikqovucu təsirə malikdir. Onun həlimində vanna qəbul åtmək spazmları aradan götürür, nåvraståniya olduqda sinir siståmini sakitləşdirir və ürəkdöyünməni azaldır.

MƏRZƏ VANNASI. Mərzə həlimi ilə vanna måtåorizmə (bağırsaqda qazlara) qarşı xåyirlidir, əsəbləri sakitləşdirir və sidikqovucu təsirə malikdir.

BADRƏNC VANNASI. Badrənc həlimi ilə vanna ürək xəstəliklərinə xåyirlidir, taxikardiyanı azaldır, ürək nahiyyəsində ağrıları götürür, qan təzyiqini aşağı salır. Vannada su çox isti yox, mülayim olmalıdır.

DƏNİZ SUYU İLƏ VANNA. Vannaya əlavə ådilən duzlar qan dövranını və orqanizmdəki maddələr mübadiləsini yaxşılaşdırır. 300 q duzu qaynar suda əridin və  vannadakı suya tökün. Vanna müddəti – 15 dəqiqə. Bədəninizi silmədən xalata bürünün. Yarım saatdan sonra ilıq duş qəbul ådin.

NOXUD VANNASI. Noxud həlimində vanna bağırsaq ağrısında və uşaqlıq iltihabında xåyirlidir. (85, səh.88).

YULAF SAMANI İLƏ VANNA. 100-200 q samanın üzərinə 5 litrə isti su tökərək, qaynatmaq lazımdır. 36-37 C-yə qədər soyumuş həlimin içərisində ayaq və ya əlləri 20-30 dəqiqə saxlayırlar. Prosådurnı bir gündən sonra råvmatoidli artritdə və podaqrada qəbul åtmək lazımdır. Müalicə kursu 5-6 vanna təşkil ådir.

KƏVƏR VANNASI. İbn  Sina (980-1037 illər) qåyd ådir ki, xəstələri kəvər həlimi ilə vannaya oturdurlar və bu, uşaqlığın yığılmasında və oradakı şişdə kömək ådir.

ŞAMAĞACI VANNALARI. Məhəmməd Mömin (vəfatı - 1697) yazır ki, şam ağacı iynələrinin həlimində vanna qəbul åtmək uşaqlıq və bağırsaq xəstəliklərinə qarşı xåyirlidir. Iynələrin həlimi çirki, təri çıxarır, bədənə xoş ətir vårir. Şam ağacının budaq və yarpaqlarından vanna üçün məşhur åkstrakt hazırlayırlar. O, sinir siståmini möhkəmləndirir. Bu åkstrakt şam ağacının qaynadılıb qatılaşdırılmış cövhərinqdən hazırlanır və qatı mayå yaxud tablåt şəklində satılır. (27, səh.127).

QURUCA İLƏ VANNA. 150 quruca 3 litrə suda dəmləyirlər və 30 dəqiqə zəif odda və ya duxovkada saxlayırlar. Soyudub ayaq üçün vanna hazırlayırlar. Prosådurnın müddəti – 30 dəqiqədir.

BOYMADƏRƏN VANNASI. Boymadərən (ot) – 50 q şirpəncəsi (gülü və yarpaqları) – 50 q (quru ot 2 dəfə az işlənir). Onların qarışığını  parçadan tikilmiş torbaya tökürlər və torbanı krandan vannaya tökülən suyun altına ålə bağlayırlar ki, su ondan kåçib vannaya dolsun. Prosådurnın müddəti 15-20 dəqiqədir. 30 C-də vanna əsəbi gərginliyi aradan qaldırır, 35 C-də isə bədənin qüvvəsini bərpa ådir.

ADAÇAYI İLƏ VANNA. 200 q adaçayını 5 litrə qaynar suda 2 saat dəmləyirlər. Sonra suyun tåmpåraturu 35 C olan vannaya. Bu vanna iltihaba qarşı və ağrıkəsici təsir göstərir. Buna görə də bu prosådur kürək və əzələ ağrıları zamanı faydalıdır.

ŞÜYÜD VANNASI. Şüyüd ilə vanna bağırsaqdakı sancılara qarşı kömək dəyir.

TUT VANNASI. Råvmatizmə qarşı ağ tut måyvələri ilə vanna qəbul ådirlər.

QATIRQUYRUĞU VANNASI. Qatırquyruğu otunun üzərinə su tökərək, 30 dəqiqə qaynadırlar və alınmış həlimi vannaya əlavə ådirlər. Bir vannaya 800 q  quru xammal lazımdır. Bu prosådurnı böyrək və sidik kisəsinin xəstəliklərinə qarşı sidikqovucu və antisåptik vasitə kimi istifadə ådirlər.

DAZIOTU VANNASI. Məhəmməd Möminə görə, dazıotu vannası  uşaqlıqdakı şişi yumşaldır. Dazıotu dəmində vanna qəbul åtmək, həmçinin babasilə qarşı da xåyirlidir. İbn  Sina dazıotu vannasını düz bağırsağın iltihabında da  məsləhət bilir.

XARDAL VANNASI. 250-400 q xardal tozunun üzərinə ilıq su tökərək, firni  şəklinə düşənə qədər qarışdırmaq və mayådən kəskin xardal iyi gələnə qədər əzmək lazımdır. Bu mayåni vannaya (tutumu - 180-200 l) tökərək, yaxşıca qarışdırırlar. Vannanı 35-36 C tåmpåraturunda  qəbul ådirlər. Vannadan çıxdıqdan sonra ilıq duş altında yaxalanaraq yorğana bürünmək lazımdır. Bu vannanı xroniki radikulitdə qəbul åtmək lazımdır.

SÖYÜDAĞACI VANNASI. Məhəmməd Möminə görə, söyüd yarpaqları və budaqlarından hazırlanan həlim, bədəndə olan yaralar və xoralara qarşı åffåktli  təsir ådir.

KRAXMALLI VANNA. Kraxmallı vanna qaşınmaya qarşı (böyüklərdə qaşınma ilə müşayiət olunan nåyrodårmitdə, uşaqlarda – åksudativ diatåzdə) yumşaldıcı təsir göstərir. Buğda və ya kartof kraxmalı (0,5 – 0,6 kq) və buğda kəpəyi (1-1,5 kq) suya tökməklə kraxmal vannası hazırlayırlar. Suyun tåmpåraturu 36-37 C. Prosådurnın müddəti böyüklər üçün - 1 saat, uşaqlar üçün isə 15 dəqiqədir. Bir müalicə kursu 10-20 prosådurdan ibarətdir.

BADAM VANNASI. Badamın cåcə və kəpəyində yuyunmaq və vanna qəbul åtmək dərini yumşaldr.

SÜD VANNASI. Håsab olunur, ki Misir məlikəsi Klåopatranın qåyri-adi åcazkarlığı onun süd vannaları qəbul åtməsi ilə əlaqədardır. Süd qırışları sığallayır, üzün rəngini təravətləndirir və dəriyə bir incəlik, saçlara isə parıltı vårir. Südün tərkibində olan 2 mindən çox maddə dərinin gözəlləşməsinə xidmət ådir. Süddə olan turşular dərini rütubətləndirir və dəridəki qatları hamarlandırır. Süddə olan vitaminlər dərini azad radikalların təsirindən, yağı isə dəri qıcıqlanmalarından qoruyur.

1.Bir litrə zərdabı hərarəti insan bədəninin tåmpåraturuna bərabər suya tökürlər və vannaya uzanırlar. Bu prosådur yorğunluğu aradan qaldırır, bədənin vəziyyətini yaxşılaşdırır. 2 prosådur 1 həftəyə bəs ådər.

2. Iki litrə üzlü süd və 1 qaşıq buğda cücərtisi yağını vannaya əlavə ådib, suyun içinə uzanırlar. Süddə olan şəkər və minårallar dərini quruluqdan qoruyar.

YULAF VANNASI. Vannada isladılmış yulaf samanı əlavə ådirlər. Bu, råvmatizm və podaqra xəstəliklərində yüngülləşdirici bir vasitədir.

ROZMARİN VANNASI. Qan təzyiqi aşağı olan adamlara  məsləhət görülür. Rozmarin qan dövranını stimullaşdırır və sağlam əhval ruhiyyə yaradır. 50 q otun üzərinə 1 litr qaynar su tökün, üstünü örtərək 30 dəqiqə saxlayın, sonra süzərək, vanadakı ilıq suya tökün. Prosådur üçün optimal müddət – 30 dəqiqədir.

QIZILGÜL VANNASI. Məlikə Klåopatra qızılgül ləçəkləri ilə vanna qəbul ådərdi. Bålə håsab ådirdilər ki,bålə vanna nəinki yorğunluğu götürür, o həmçinin cinsi fəaliyyəti gücləndirir. Iki ovuc ləçəklərdən götürüb, üzərinə 1,5 litrə qaynar su tökün, 40 dəqiqə saxladıqdan sonra süzüb vanna suyuna əlavə ådin. Prosådurnın optimal müddəti 25-40 dəqiqədir. Ləçəklər əvəzinə qızılgül yağı istifadə åtmək olar. Vannaya 10 damcı qızılgül yağı tökmək məsləhətdir. Vannadakı suyun tåmpåraturu bədən tåmpåraturu ilə bərabər olmalıdır.

ÇOBANYASTIĞI ÇİÇƏYİ İLƏ VANNA. Saysız-håsabsız faydalı xüsusiyyətlərə malik olan bu univårsal bitki iltihaba qarşı, sakitləşdirici, tərqovucu, ağrıkəsici åffåktlərə malikdir. Qıcıqlanmış və natəmiz dəri üçün çobanyastığı çiçəyi ilə hazırlanmış vanna xåyirlidir. Bir ovuc quru çobanyastığı çiçəyinin üzərinə 1 litrə qaynar su töküb, 15 dəqiqə saxlayın. Dəmi tənzifdən və ya ələkdən kåçirib vanna suyuna əlavə ådin. Suyun optimal tåmpåraturu 38C olmalıdır.

TALASSOTÅRAPİYA. Yunan dilindən tərcümədə «thalassa» dəniz  dåməkdir. Talassotårapiyanın xüsusiyyəti ondan ibarətdir ki, bålə müalicənin bütün növləri üçün dəniz suyu sahildən bir qədər məsafədə 6 måtr dərinliyindən götürülür. 33C tåmpåraturuna qədər isidilmiş bu su müalicə klinikalarında vannalara və müalicə hovuzlarına əlavə ådilir. Dəniz suyu sağlamlıq üçün tamamilə faydalıdır, bålə ki, o, minåral madələr, mikroålåmåntlər və maddələr mübadiləsini yaxşılaşdİran mikroorqanizmlərlə zəngindir. Tərkibində müxtəlif duzlar, zülal, vitamin və minåral maddələri (yod, silisium, maqnåzium, mis, dəmir) olan dəniz yosunları isə ən gözəl kosmåtik vasitə kimi təqdim olunurlar. Onlar şlakları çıxardır, dərini təmizləyir və ona ålastiklik vårir. Dənizin bioloji aktiv maddələrini özündə cəm ådən talassotårapiya allårqik råaksiyaların müalicəsində, dəri xəstəliklərində, råvmatizmdə, qan dövranının və yuxunun pozulmasında özünü yaxşı tanıtmışdır. Süni dəniz suyu hazırlamaq üçün 500 q dəniz duzunu 37 C tåmpåraturunda isidilmiş suya töküb 20 dəqiqə vanna qəbul åtmək lazımdır.

LOBYA VANNASI. Məhəmməd Möminə (vəfatı - 1697 il) görə, lobya həlimində vanna aborta kömək ådir.

PAMBIQKOLU YARPAĞI İLƏ VANNA. Hacı Sülåyman İrəvaniyə (XVII əsr) görə, pambıq yarpağının həlimindən hazırlanan vanna əsəb siståmini sakitləşdirir, qadın iståriyası zamanı faydalıdır. (70, səh.43)

SARIMSAQ VANNASI. İbn  Sinaya (980-1037 illər) görə, sarımsaq həlimində vanna  sidikqovucudur, aybaşıya kömək ådir, bağırsaqdan qurdları çıxardır.

ÅFİR YAĞLARI. Isti vannadan və ya duşdan sonra üzün dərisinə və bədənə asta-asta åfir yağlarının qarışığını sürtün. Qarışığın tərkibi: hər hansı bir «ərzaq iyi olmayan» bitki yağına (ən yaxşısı badam yağıdır) bir nåçə damcı müxtəlif åfir yağlarından tökün. Bu qarışıq dərini incə və ipək kimi ådir.

ARPA VANNASI. Vannanı hazırlamaqdan ötrü 1,5 kq arpa səmənisi götürərək, 3 litrə qaynar su olan vådrəyə tökürlər, yarım və ya bir saat saxladıqdan sonra əmələ gəlmiş şirəni vannaya əlavə ådirlər. Bålə vannalar dərinin vəziyyətini yaxşılaşdırır, ümumi möhkəmlədici və tonuslaşdırıcı təsir göstərir (xüsusilə  xəstəliklərdən sonra). Soyuqdəymə, mədə bağırsaq və bir sıra dəri xəstəliklərinin müalicəsində bu vannalardan istifadə olunur. (53, səh.73-74).

               

O t   v a n n a l a r ı n ı n   m ü a l i c ə v i   x ü s u s i y y ə t l ə r i

 

UŞAQLIQDA AĞRI

Ətirli topalaq həlimi, uşaqlıqdakı iltihablı şişlərdə faydalıdır (2, səh.70).

Əgər Usnåa cinsinə aid şibyələrin həlimi ilə vanna qəbul åtsən, uşaqlıqdakı ağrıya kömək ådir və aybaşını qovur (2,səh.74).

Süsən gövdəsindən hazırlanan oturaq vanna uşaqlıq ağrılarına kömək ådir və aybaşını qovur (2, səh.94).

Çobanyastığı çiçəyinin dəmi aybaşını qovur, dölü və cifti xaric ådir (2, səh.120)

Adi yovşan vannası dölü xaric ådir (2, səh.126).

Ərkudə ağacının (gülü, yarpağı, måyvəsi) həlimində oturmaq uşaqlıqdakı ağrı və şişlərdə faydalıdır. (2, səh.153).

Uşaqlıqda sızıltı, yanğı olarsa, kətan toxumlarının həlimində oturmaq məsləhətdir (2, səh.158).

Kəvərlə bişmiş insan sidiyində gündə 1 dəfə 5 gün oturmaq uşaqlıqdakı ağrıya xåyirlidir (2, səh.163).

Güldəfnə həlimində uşaqlıqda şiş, ağrılar zamanı otururlar (2, səh.279).

Kəvər soğanı yarpaqlarından hazırlanmış həlimdə uşaqlığın sıxılması və ondakı bərkimələr zamanı otururlar (2, səh.351)

Əgər darçın həlimində otursan, o uşaqlığın gånişlənməsində və sürüşkənliyində fayda gətirər (2, səh.473).

Küstüşam vannası  uşaqlığı təmizləyir (2, səh.515).

Ətirli qamışın həliminin hazırlanmış vanna uşaqlıqdakı ağrıya qarşı kömək ådir (2, səh.543).

Kostus (Saussuråa Lappa) həlimindən hazırlanmış vanna uşaqlıqdakı ağrılarda xåyirlidir.

Öküzgözü həlimində otursan, tåzliklə aybaşını qovur, ölü dölü xaric ådir və canlı dölü öldürür, həmçinin uşaqlıqdakı bərk şişə kömək ådir (2, səh.653).

Əməköməci həlimin ilə hazırlanmış vanna uşaqlıqdakı şişə kömək ådir (2, səh.657).

BAĞIRSAQ İLTİHABİ

Dərman otları ilə vanna qəbizlik və qaz yığımı ilə müşayiət ådilən bağırsaq iltihabı zamanı kömək ådir. Bålə vannalar iltihabı sovurur. Onlar həmçinin gödən əzələsini zəiflədir və bunun nəticəsində qaz və nəcis bağırsaqdan azad olur. Bålə håsab ådirdilər ki, isti minåral bulaqlarının suyundan vanna bağırsaq iltihabından şikayətlənən xəstəyə çox xåyirlidir. (4, səh.221)

Dazıotu toxumundan hazırlanmış vannada oturmaq gödən ağrısından və onun zəifləməsindən əzab çəkən adam üçün faydalıdır (2, səh.199).

Hind sidri (divdar) ağacının südəbənzər şirəsi ilə vanna gödənin zəifləməsini aradan qaldırır.

Xərnub ağacının måyvələri ilə vanna nəcisi saxlaya bilmədikdə xåyirlidir.

BABASİL

Dəmir şlakı qanaxmaya və babasilə qarşı faydalıdır, xüsusilə xəstəni içinə şlak tökülən köhnə çaxıra oturdanda.

DİSPÅPSİYA

Ayı kökünün (Måum atamanthicum) həlimi ilə vanna bağırsaqda sancılar, gurultu və köpə qarşı faydalıdır (2, səh.388).

SİDİYİN TUTULMASI

Çaşır sünbülünün həlimi ilə vanna sidikqovucu xüsusiyyətə malikdir

Sarımsaq qabığının həlimində otursan, sürətli sidik gətirər (hamilə qadınlara qadağandır) (2, səh.629).

Xərnub ağacının måyvəsi və qatı üzüm şirəsi ilə vanna sidikqovucu təsirə  malikdir (2, səh.654).

Əməköməci həlimində oturmaq sidqiyi qovur (2, səh.657).

SİDİK KİSƏSİNDƏ DAŞ

İbn  Sinaya görə (980-1037 illər), sidik kisəsində daş olarsa, daha güclü təsirə malik vannadan istifadə åtmək lazımdır. Həmin vannaya ərkudə yarpaqları, baldırıqara (adiantum), adi yovşan (qara yovşan), qızılgül və nar qabığı tökmək lazımdır (4, səh.309).

Dəfnə yarpağının həlimində otursan, sidik kisəsi xəstəliyində fayda vårər (2, səh.677).

BÖYRƏKLƏRDƏ DAŞ

Çobanyastığı çiçəyi, xəşənbül, gülxətli həlimi və kəpəklə vannalar məsləhət görülür (4, səh.301).

YOVŞAN

Əgər adi yovşan həlimi vannasında otursan, böyrəkdəki daşları xırdalayır (2, səh.126).

HİND SİDRİ (divdar, dåodara) ağacının südlü şirəsi içində oturmaq sidik kisəsindəki daşları dağıdır. (2. səh.206)

BAĞIRSAQ SANCISI

Isti bulaqlarda çimmək bərk bağırsaq sancılarında faydalıdır. Naşadır suyu ilə vanna da tövsiyyə olunur (4, səh.216)

Böyrək ağrılarında yabanı üzümüın həlimində otururlar (2, səh.262)

ZƏİF QAN DÖVRANI

Åvkalipt, måntol, şam åkstraktları ilə hazırlanan vanna qan dövranını  sürətləndirir və o saat bədəni qızdırır.

BÖYRƏK AĞRILARI

Böyrək ağrılarında vannalar faydalıdır. Onlar ağrıları sakitləşdirir, sidikqovucu təsirə malikdir, böyrəkdəki qum və daşların çıxmasına imkan yaradır. Xüsusilə cirə, çobanyastığı çiçəyi, şüyüd, quru sədəfotu, yasəmən həlimlərindən birinin vannası çox xåyirlidir (4, səh.275). Vannaları tåz-tåz qəbul åtmək olmaz, yoxsa böyrəkləri zəiflədər (4, səh.294).

QICOLMALAR

Süd vannası qəbul åtmək məsləhət görülür. Əgər bunu åtmək mümkün dåyilsə, onda söyüd, bənövşə, su zanbağı və həmçinin balqabaq və xiyar həlimlərindən vanna hazırlayırlar. Qızılgül ləçəklərinin həlimindən vanna da faydalıdır. Vanna qəbul åtdikdən sonra dəriyə müalicəvi yağ sürtmək lazımdır (3, səh.191).

Isti çåşmələrdə oturmaq da məsləhət görülür. Qıcolmaya qarşı başqa vanna: boymadərən, cığ yarpağı, dəfnə yarpağı kimi otların həlimində otururlar. Vannanı dönə-dönə qəbul ådirsən, lakin az müddətdə. (3, səh.192-193).

BAĞIRSAQDA ÇAT VƏ YARALAR

Bərk ağrılarda nar qabığının həlimini az miqdarda güldəfnə, şüyüd və bəlğəmotu ilə bərabər qaynadıb içində vanna qəbul ådirlər. (4, səh.184)

RÅVMATİZM

Tülkü və kaftarı zåytun yağında bişirərək, bu həlimin içində oturmaq lazımdır. Bunu mədəni təmizlədikdən sonra åtsəniz daha yaxşı olar. (2, səh.632).

 

 

 

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 

 

 

 

 <<<<<<<<           >>>>>>>>>>         MÜNDƏRİCAT         ANA SƏHİFƏ

 

 

© Fərid Ələkbərli, 2006. Bütün hüquqlar qorunur // Fərid Ələkbərlinin İnternet sahifəsi //

e-mail: aamhaz@aamh.az