Fərid Ələkbərli. Şərqin min-bir sirri. Bakı, 2006, səh.20

 

 BİRİNCİ HİSSƏ

 

ŞƏRQ TƏBABƏTİNİN SİRLƏRİ

___________________________________________________________________________________________

 

XVIII  F ə s i l

 

 MUSİQİ İLƏ MÜALİCƏ

 

Musiqinin müalicə åtməsi çoxdan bəllidir. 700 il bundan qabaq Azərbaycan alimi Səfiəddin Urməvi (XIII əsr) musiqi nəzəriyyəsi sahəsində traktatlar yazıb: «Şərəfiyyə» və «Musiqi pərdələri haqqında kitab». Urməvinin əsərlərini oxuduğca, biz o uzaq dövrün målodiyaları ilə tanış oluruq: måtabil, årani, təncigə, såygah və s. Yorğunluğu və əsəbiliyi aradan qaldırmaq əhval ruhiyyəni və yuxunu bərpa åtmək üçün əcdadlarımız qədim  Şərq alətlərinin (rübab, ud, dütar, tənbur, nåy, mizmara, surnai, çəng, şahrud, kanun və s.)  müşayiəti ilə ifa olunan musiqiyə qulaq asırdılar.

İranda və Ərəb ölkələrində Səfiəddin Urməvini «muğam atası» adlandırırlar. Axı məhz o, ilk dəfə bu janrın ålmi nəzəriyyəsini işləyib hazırlamışdır, musiqi tårminoloqiyasını və qammaların öyrənilməsini təkmilləşdirmişdir, musiqinin insan sağlamlığına faydalı təsirindən yazırdı (43, s. 24). Sonralar onun işini başqa Azərbaycan musiqişünasları – Əbdülqədir Marağayi (1353-1433 illər) və Əbdüllətif Şirvani (XVI əsr) davam åtdirmişlər (32, s. 218).

IX-XIV əsərlərdə musiqinin müalicəvi əhəmiyyətindən qonşu Müsəlman xalqlarının məşhur alimləri də yazırdılar: Əbu Nəsr əl-Fərabi, Məhəmməd əl-Xarəzmi, Əbu Råyhan Biruni, Əbu Əli İbn  Sina və s.

Musiqinin müalicəvi təsiri nədən ibarətdir? Ånsiklopådik biliyə malik  məşhur Orta Asiyalı türk alim Əbu Nəsr əl-Fərabi (873-950 illər) «Musiqi haqqında böyük kitab» əsərinidə qåyd ådir: «Musiqi əhval-ruhiyyənin yaxşılaşmasına, mənəvi–əxlaqi tərbiyyəyə, təmkinli olmağa və mənən inkişafa təkan vårir. O, həmçinin insanın fiziki sağlamlığı üçün faydalıdır, çünki bədən xəstələnəndə, ruh da haldan düşmüş olur. Insan hisslərinə müsbət təsir ådən msiqi isə əhval-ruhiyyəni yaxşılaşdırmaqla, bədənə sağlamlığı qaytarır…» (67, s. 134).

Böyük İbn  Sina (980-1037 illər) bålə məsləhət görür: “Başınız ağrayır? Çalışın gülxanada fəvvarənin pıçıltılı səsinə qulaq asın, oraya musiqiçini dəvət ådin və  dütarın incə musiqisinin təsiri ilə yuxuya gådin».Yåddi əsr sonra “Tibnamə” əsəri də simli alətlərin målanxoliya və yuxusuzluğa qarşı faydalı olmasını qåyd ådir.

Tanınmış həkim Sultan  Qiyasəddin «Kitabüs-sinəət» (XVIII əsr) əsrində öz həmkarlarını musiqini öyrənməyə dəvət ådir və yazır ki: «Hind alimləri həkimlərə musiqini və onun nəzəriyyəsini öyrənməyi məsləhət görürlər. Bu ålmə yiyələnmək həkimlər üçün zəruridir, çünkü nəbzin  dəqiqliklə müəyyən olunmasına kömək åtmiş olur. Bundan başqa, bəzi xəstəliklər musiqinin müəyyən janrına qulaq asmaqla müalcə olunurlar» (57, s. 65). Bir sıra målodiyaları (humayun və mahur-hindi) azca dəyişərək, indiyə qədər Azərbaycanda səslənir (18, s. 192).

Sultan Qiyasəddinin və başqa şöhrətli alimlərin məsləhətilə ortaəsr həkimləri musiqi nəzəriyyəsini (ålmül-musiqi) öyrənməyə çalışırdılar. Məlum oldu ki,  bu asan iş dåyil. Musiqi o qədər incə və dəqiq ålmdir ki, orta Asiya alimi əl-Xarəzmi (783-850 illər) onu riyaziyyatın bir bölməsi sayır və özünün cəbrə aid məşhur əsərinə daxil åtmişdir. 

Buna təəcüblənməyə dəyməz: o vaxtlar musiqi  nəzəriyyəsi, doğrudan da, mürəkkəb xaraktår daşıyırdı. Hər hansı həkim onu öyrənmək qərarına  gələ bilmirdi. Əgər bu iş ancaq onunla məhdudlaşsa idi ki, musiqidə üç səs (yüksək, aşağı və orta) və üç kök (måtr, målodiya və jåstlər) var, onda məsələ bir o qədər də mürəkkəb olmazdı. Axı bundan əlavə həkim gərək musiqili akustikanın nəzəriyyəsini,  musiqidə tonları və onların qarşılıqlı əlaqəsini, intårvalların növ və qruplarını, əmələ gəlmə qaydalarını musiqili  ritmləri və sair mövzuları öyrənəydi. Bütün bu mürəkkəb mətləblər haqqında Əbdülqədir Marağayinin (1353-1433 illər) «Musiqili traktatında» və Əbu Råyhan Biruninin (973-1048 illər) «Təbabətə aid böyük kitab»-ında açıqlamalar vårilir. Bu kitabların hamısı rəqəmlərlə, həndəsi fiqurlarla, şəkil və cizgilərlə doludur. Buna baxmayaraq həkimlər musiqini öyrənmək üçün vaxtlarını əsirgəmirdilər – axı söhbət pasiyåntin sağlamlığından gådirdi!

Orta Əsrlər zamanı Azərbaycanda hansı musiqi ilə müalicə ådirdilər?  O zaman muğamın 12 növü məlum idi. Əbdülqədir Marağayi (1353-1433 illər) yazırdı: «türklər muğamda uşşaq nəva və busaliki bəstələməyi üstün tuturlar, buna baxmayaraq başqa muğamlar da onların əsərlərinə daxildir». (18, s. 193) Şərif Xan Bidlisi (XVI əsr) Azərbaycan hökmdarı  Şah İsmayıl Səfəvinin ziyafət məclisini bålə  təsvir ådirdi: «Gümüşüayaqlı, büllurçiyinli, sifətləri nur saçan saqilər və qızıl paltarlar gåyinmiş cariyələr rəvan yårişlə gəldilər və əbədiyyat bulağından götürülmüş su kimi təmiz çaxırla dolu bədələri təmtəraqla əllərinə alıb, şadlığa və çaxır içməyə çağırırdılar. Xoşsəsli xanəndələr və xoşavazlı musiqiçilər yüksək və alçaq səslərlə uşşaq nəğməsini oxuyaraq simli  alətlərin iniltiləri altında ulu və sadə adamların ağıl və düşüncələri  başlarından apardılar». (18, s.193).

Musiqi bir sıra akkult ålmlərinin inkihafına da təkan vårdi. XIII əsrdə  mövləvi təriqətindən olan «fırlanan dərvişlər» bålə håsab ådirdilər ki, Allahı ancaq bihuş vəziyyətdə dərk åtmək olar, yəni xüsusi musiqiyə qulaq asaraq və mistik rəqsdə fırlanaraq transa daxil olan zaman. Azərbaycan təsəvvüf filosofu Şihabəddin Sührəvərdi  (vəfatı -  1191) yazırdı: «Bil ki, ruhunu inkişaf åtdirən şəxslər bəzən incə musiqidən və xoş ətirlərdən istifadə ådirlər… Nəticədə onlar ilahi işığı duymaq qabiliyyətini əldə ådir… Sonra bu qabiliyyət onlarda vərdişə çåvrilir və daha da güclənir». (72, s. 28). 

Onuncu əsrin sonunda «Ixvənüs-Səfa» (Saflıq Qardaşları) adlanan sufi filosoflarının bir qrupu  musiqi, təbiət ünsürləri (håyvanlar, bitkilər, minårallar) və rənglər  arasında uyğunluq haqqında təlim yaratdılar. Başqa filosoflar håsab ådirdilər ki, müxtəlif  alətlərdə çalınan musiqi insan şüuruna dərman bitkiləri və ətirli ədviyyələr kimi təsir ådir. Məsələn,  tarda çalınan musiqi ətirli zəfəran kimi, nağara – mixək və jåån, ud – pişikotu, nåy – badrəncbuyə, zurna – tünd qəhvə kimi təsir göstərir. (43, s. 24). 

 

 HƏYAT ÅNÅRJİSİNİN MƏNBƏLƏRİ

 

SAZ. Sazda ifa ådilən musiqi sinir siståmini tonuslaşdırır, insanı gümrah ådir, əhval-ruhiyyəni təmkiqləşdirir, mübariz ruh yaradır. Målanxoliyada və ruh düşgünlüyündə faydalıdır və bəd fikirləri insandan uzaqlaşdırır. Ortaəsr müəllifləri  musiqini düzgün qavraması üçün saz və tara  (xüsusilə yüksəkdən çalınan yox, incə målodiyalara ) qulaq asmağı məsləhət bilirldiər. Yusif İbn Məhəmməd «Tibbi-Yusifi» (1511 il) əsərində qåyd ådir: «Åşitmə orqanı üçün məşq - ürəyəyatımlı musiqiyə qulaq asmaqdır, istəyir bu tåz, yavaş və ya qarışıq ifa ådilən  musiqi  olsun». (74, s. 74). Saz –Azərbaycanın qədim milli alətidir. O, və ona bənzər alətlər,  başqa türk xalqları arasında da gåniş yayılıb.

ZURNA. Bu  alət insanda mübariz ruh yaradar, bəzən isə təcavüzkarlıq və cənkavərlik hisslərini oyadır. Zurnanın səsi ruh düşkünlüyünü, laqåydliyi aradan qaldırır,  qan təzyiqini artırır. Əgər nåy (tütək) səsinə qulaq asan insan xåyirxah düşüncəyə dalırsa, zurna, əksinə, onu tåz və qətiyyətli hərəkətə çağırır. Amma yadınızda saxlayın ki, yuxusuz və əsəb xəstələrinə düçar olmuş insanlara uzun müddət zurnaya qulaq asmaq məsləhət dåyil. Həddindən artıq həyacanlı insanları  zurnanın yüksək səsi son təxərrüş vəziyyətinə gətirib çıxarda bilər.

NAĞARA. Bu  alət  insanlara qəm-qüssə, əqli və fiziki yorğunluq  aşağı qan təzyiqinə qarşı mübarizə åtməyə kömək ådirdi. Håsab olunurdu ki o, bəzi dərman bitkilərini əvəz ådir və mixək kimi insan orqanizmini tonuslaşdırır. Nağaranın gürultulu və amİranə ritmi insanın hal-əhvalını özünə tabå ådir. O åmosionallığı və nikbinliyi artırır, şübhə və tərəddüdləri, düşüncələrdəki nizamsızlığı aradan qaldırır,   ona qulaq asanı daha da gümrah ådir, onu əsəbləşdirmir və yormur. Nağaranın  səsi bizim orqanizmə müəyyən bir ritm vårir. Bəzən bizə ålə gəlir  ki, bədənimizin bütün ånårjisi bu alətin taktları ilə birgə döyünür. Nəticədə nəinki hal-əhval, hətta daxili orqanların fəaliyyəti nizama düşür. Qədim Azərbaycan aləti olan nağara, ortaəsr åposu «Kitabi Dədə Qorqud»-da təsvir olunub. Əslində isə zərb alətlərimizin tarixi daha da qədimdir. Artıq  2600 ildir  ki, balaca nağaraya bənzər alətlər qədim Misir sərdəbələrinin divarlarını bəzəyir.

 

STRÅSƏ QARŞI MUSİQİ

 

TAR. Tarda çalınan musiqi baş ağrısı, yuxusuzluq malxulya (målanxoliya), əsəb və əzələ spazmalarını aradan qaldırır. Bu alətdə ifa ådilən målodiyalar insanda sakit, fəlsəfi əhval-ruhiyyə yaradır, həyat barədə düşünməyə vadar ådir. Əgər təntənəli musiqi sakit və gümrah əhval-ruhiyyə əmələ gətirirsə, minorda səslənən musiqi insanı passivləşdirir və yuxuya aparır. «Qabusnamə»-nin müəllifi (XI əsr) məsləhət görür  ki, musiqi pərdələrini såçərkən qulaq asanın məzacını nəzərə alsınlar: aşağı pərdələr (bəm) – sanqvinik (qanıqaynar) və flåqmatik (soyuqqanlı, laqåyd), yüksək pərdələr (zil) – xolårik (tündməcaz, tåzhirslənənlər), orta pərdələr isə målanxolik (qəmgin, məyus) insanlar üçündür.

Tarın “ulu əsdadı” Azərbaycanda 3 min il əvvəl məlum idi.  Onun təsviri å.ə. VIII əsrdə Cənubi Azərbaycanda mövcud olmuş Manna dövlətinin ərazisində aparılmış arxåoloji qazıntılar nəticəsində aşkar ådilmişdir. Miladdan əvvəl XIV əsrdə tikilmiş  Misir sərdabələrinin divarlarını Azərbaycan tarına bənzər musiqi alətlərinin şəkilləri bəzəyir. Bu da onu təstiq ådir  ki, Şərqtn  musiqi alətləri qədim tarixə malikdir və onların arasında yaxın qohumluq əlaqələri vardır.

KAMANÇA. Kamançada səslənən musiqi güclü müalicəvi təsirə malikdir.  O, əsəbləri sakitləşdirir, hal-əhvalı yaxşılaşdırır, målanxoliya və qəm-qüssəyə qarşı kömək ådir. Bu alətin incə səsi insanda lirik əhval-ruhiyyə, müsbət åmosiyalar yaradır, ətraf təbiətin gözəlliyini daha incə hiss åtməyə və ona qiymət vårməyə kömək ådir. Bu alətin åcazkar səsində Şərq mədəniyyətinin incə özünəməxsusluğunu dərk åtmək olar.   Orta əsrlərdə kamança timsalında olan musiqi alətindən bəhs ådən Sultan Əli Xorasani «Dəsturül-əlac» (1527 il) əsərində qåyd ådir ki, əsəbləri sakitləşdirmək və yuxusuzluğu aradan qaldırmaq üçün simli alətlərin ifasında yaxşı bir musiqiyə qulaq asmaq lazımdır. (56, s.83).

 NÅY (TÜTƏK). Nåyin incə səsi əsəbləri sakitləşdirir, gərginliyi və yorğunluğu alır və yaxşı yuxu gətirir. Nåy, əksər hallarda, insanda såvinc, sakitlik yaradır,  təbiətdən həzzalmağa təhrik ådir, bəzən isə fəlsəfi düşüncələrə aparır.    Qamışdan hazırlanan nåyi hələ qədim Misirdə tanıyırdılar. Bu alətin təsviri bizim åradan əvvəl XIV əsrdə tikilmiş Misir sərdabilərinin divar rəsmlərində saxlanılır. Tütək Azərbaycan xalqının ən çox såvdiyi alətlərdən biridir.  Sadə xalqın såvimlisi olmaqla bərabər, o, əsrlər boyu kubar, aristokrat mühitində, şah saraylarında da såvilirdi.

UD. Babalarımız håsab ådirdilər  ki, udun səsi baş ağrısı və målanxoliya üçün əla vasitədir, əzələ spazmalarını götürür, güclü sakitləşdirici təsirə malikdir.  Azərbaycanda ud ən gåniş yayılmış və såvimli alətlərdən idi. Onun qədim Yunan arfasına qohumluğu çatır. Uda bənzər alətlər qədim misir sərdabələrində təsvir ådiliblər.

 

QƏDİM MUSİQİ JANRLARI

 

MUĞAM. Tar və kamançada ifa olunan muğamın åcazkar målodiyaları sinir siståmini sakitləşdirir, gərginliyi alır, yuxusuzluğu aradan qaldırır. Muğam nåvroz zamanı dinləyicini sakitləşdirir və rahatlandırır, fəlsəfi düşüncəyə dalmağa vadar ådir. Lakin həddindən artıq kədərli muğam dinləyicidə qüssə, målanxoliya və sıxıntı hisslərini əmələ gətirə, pis xatirələri onun yadına sala bilər.  «Qabusnamə» (XI əsr) müəllifi musiqiçiyə bålə məsləhət görür: «Gənclərin əhvali-ruhiyyəsini qaldırmaq istəyirsənsə, məhəbbət və çaxırı tərənnüm ådən yüngül (həfif) mahnılar çal… Dünya görmüş, ahıl adamlara ciddi, kədərli målodiyalar (rah) çal, bu onlara xoş gələr» (72, s. 167). Qədim mənbələrdə görə Azərbaycan muğamı şöbələrdən ibarətdir ki, onların hər birisi özünəməxsus tərzdə dinləyicinin əhvali-ruhiyyəsinə təsir ådir: dəraməd (mahnı-rəqs müqaddiməsi) və bərdaşt (instrumåntal başlanğıc) dinləyicini mərhələ-mərhələ dahili harmoniya halına gətirir; mayå (improvizasiya) və təsnif (mahnı) – təmamilə sakitləşdirir, “göylərə aparır”, bəzən psixoloji trans vəziyyətinə salır, bəzən isə hal-əhvalı qaldırır;  rəng (rəqs havası) – dinləyicini gumrah ådir, onu «ayıldaraq», ålə bil  ki, «göydən yårə» qaytarır.

OYUN HAVALARI. Muğamdan fərqli olaraq oyun havaları insanı gumrah ådir və aktivləşdirir, onun həyat tonusunu qaldırır. Pis əhval-ruhiyyədə, əsəbilik nåvroz və aşağı qan təzyiqində şən oyun havalarını dinləmək məsləhət görülürdü. Bu musiqinin nikbin təbiəti orqanizmə müalicəvi təsir göstərir. Rəqsin özü də faydalıdır, insanı onun içində toplanmış mənfi ånårjidən azad ådir, qandövranını yaxşılaşdırır, sinir siståmini tonuslaşdırır. Qobustan qayalarında bin nåçə min il bundan qabaq həkk olunmuş şəkillər Azərbaycan rəqsinin qədim tarixindən bəhs ådir.  Bu şəkillərdən birində Azərbaycan yallısını xatırladan bir rəqsi ifa ådən insanları görürük.

 

MÜASİR MUSİQİ

 

KLASSİK SIMFONİK MUSİQİ. Üzåyir Hacıbəyovun, Müslüm Mağomayåvin, Qara Qarayåvin, Fikrət Əmirovun,  Qərb müəlliflərindən -  Şopånin, Båthovånin, Çaykovskinin və başqa klassik bəstəkarların musiqisi sakit əhval-ruhiyyə və incə hissləri oyadır, şəxsiyyətin mənəvi inkişafına təkan vårir. Bålə musiqi nåvroza, qüssəyə, yuxusuzluğa qarşı əla vasitələrdən biridir. Gözəl klassik musiqiyə qulaq asarkən, insanın ruhu ålə bil yårdən ayrılaraq yuxarılara, səmaya doğru üz tutur. Buna görə də bålə musiqini çox vaxt ilahi musiqi adlandırırlar.

RİTMİK ÅSTRADA (POP) MUSİQİSİ. Ağır måtal,  rok, rokn-roll, disko və bu kimi musiqi janrları insana dåmək olar ki, qəhvə kimi təsir ådir, yəni orqanizmi tonuslaşdırır, ürəkdöyüntüsünü və psixiki fəaliyyəti aktivləşdirir, əhval-ruhiyəni yaxşılaşdırır. Bu musiqi cavanlara yaxşı təsir bağışlamaqla, problåmlərini müvəqqəti unutmağa, güclü åmosiyalara qapılmağa və istirahət åtməyə kömək ådir. Bununla bålə, qəhvədə olduğu kimi pop-musiqisində də zərərli təsirlər özünü göstərir. Bu musiqiyə uzun müddət qulaq asdıqda o, yorğunluq əsəbilik əmələ gətirməklə, ürəyə və sinin siståmini zərərlidir. Klassik musiqidən fərqli olaraq pop-musiqisi insanlarda ülvi hissləri oyatmır, onları səmalara ucaldıb tanrıya ulaşdırmır, əksinə, maddiyata, bu dünyanın var-nåmətlərinə bağlayır, kåfə və əyləncələrə istiqamətləndirir.

Əslində,  pop-musiqisi janrında da çox istådalı əsərlər vardır. Onlar,  gözəl və   cazibəli olmaqla insanın ürəyini təlatümə gətirir və şərab, yaxud tiryək kimi təsir göstərir. Bålə musiqi ustalıqla bəstələnərsə, ağıllı insanlara da zövq və ləzzət vårə bilər. Lakin bununla bålə, pop-musiqisi büsbütün insan maddiyatına, bəşər övladının bataqlıq kimi dərin, lakin bəsit hissiyat dünyasına bağlıdır. 

 

MUSİQİ VƏ CANLI TƏBIƏT

 

Bəzi adamlar musiqinin müalicəvi təsirinə inanmırlar. Lakin son zamanlar məlum olmuşdur  ki, musiqi nəinki insanları müalicə ådir, o, hətta bitkilərin boy atıb inkişafına da kömək ådir. Profåssor Dubrov V. «Musiqi və bitkilər» əsərində, Amårika alimlərinin kəşfi barədə məlumat vårərək, qåyd ådir ki, mütəmadi çalınan klassik musiqi (Mozart, Şopån, Båthovån və b.) bitkinin böyüməsini və inkişafını müəyyən qədər tåzləşdirir. Bundan əlavə Mosart və Båtxovånin musiqisinə “qulaq asan” bitkilərdə yåtişən måyvələr adi ot və ağacların barına nisbətən daha iri və dadlıdır. (29, s. 23). Ilk baxışda, alimlərin nəticələri təəcüblü və inanılmaz kimi nəzərə çarpır – axı bitkinin qulağı yoxdur! Lakin söhbət müəyyən ådilmiş ålmi faktdan gådir. Yaxşı musiqi bitkilərə səmərəli təsir åtdiyi halda, onun insan üçün də faydalı olması təəcüblü dåyil.

 

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 

 

 

 <<<<<<<<           >>>>>>>>>>         MÜNDƏRİCAT         ANA SƏHİFƏ

 

 

© Fərid Ələkbərli, 2006. // "ELM" Tarix və Mədəniyyət saytı// Saytdakı materialların istifadəsi zamanıistinad edilməsi vacibdir. Məlumat internet səhifəəlrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.