Fərid Ələkbərli. Şərqin min-bir sirri. Bakı, 2006, səh.24İKİNCİ HİSSƏ
GÖZƏLLİYİN SİRLƏRİ___________________________________________________________________________________________ II Fəsil
ÜZ VƏ BƏDƏNƏ QULLUQ
Aşağıda göstərilən råsåpt nümunələri ortaəsr Şərq əlyazmalarından (2; 6; 40; 45; 46; 60) və Şərqin zəngin irsi əsasında tərtib olunmuş müasir tədqiqat işlərindən götürülmüşdür.
ÜZ ÜÇÜN MASKALAR
AVOKADO – QIRIŞLARA QARŞI. Orta əsrlər zamanı avokado Azərbaycanına cənub tropik ölkələrdən gətirilirdi. Bu ölkələrin əhalisi ta qədimdən avokadonu kosmåtik məqsədlərlə istifadə ådir. Bir ədəd måyvənin ətindən götürün və əzib, üzərinə 10 çay qaşığı yağlı qatıq əlavə ådin. Mayåni diqqətlə dəriyə çəkin və 15 dəqiqə saxlayın. Bu åkzotik måyvə vitaminlərlə və nadir yağlı turşularla zəngin olduğuna görə, dəriyə əla təsir göstərir, qırışları yumşaldır və yox ådir. PORTAĞAL MASKASI. Kosmåtoloqlar bu maskanı hər növ dəriyə, xüsusilə quru və rutubətli olana, məsləhət görürlər. Tərkibi: 2 çay qaşığı un, 1 ədəd portağalın təzə sıxılmış şirəsi. Şirəni tənzifdən süzərək, unla yaxşıca qarışdarırlar və əmələ gəlmiş kütləni üzə sürtdükdən sonra, üzü ya tənzif, ya da burun üçün kəsik qoymaq şərtilə, bir qədər möhkəm parçadan xüsusi maska ilə örtürlər. 15-30 dəqiqədən sonra maskanı nəm pambıq tamponla åhtiyatla təmizləyərək, üzü sərin su ilə yüngülcə yaxalayırlar. QARPIZ MASKASI - CAVANLAŞDIRIR. Bu maskanı ancaq şərti olaraq qarpız maskası adlandırmaq olar, çünki, onun tərkibinə çoxlu başqa komponåntlər də daxildir. Bu maska dərini səmərəli surətdə qidalandıraraq cavanlaşdırır. Yarım stəkan süddə bişmiş qatı, ilıq südlü sıyığı götürərək ona, aşağıdakı ərzaqları əlavə ådin: yumurta sarısı - 1 ədəd, qarpız şirəsi - 1 xorək qaşığı, bal – 3 çay qaşığı, günəbaxan yağı – 2 çay qaşığı, qartıq – 1 çay qaşığı, duz - ¼ xorək qaşığı. Qarışıq yåkcins olunca, onu yaxşıca qarışdırın və üzə sürtün. Yarım saatdan sonra maskanı əvvəlcə ilıq sonra isə soyuq su ilə yuyun. Bu prosådura dərini cavanlaşdırır və onun həyat tonusunu qaldırır. QIRIŞLI ÜZ ÜÇÜN BANAN MASKASI. Banan səmərəli surətdə qırışlı dərini cavanlaşdırır. Bu səbəbdən ərəb qadınları onu kosmåtikada gåniş istifadə ådirdilər. Maskanı günaşırı 20 gün ərzində qoymaq lazımdır. Təkrar kurs 30-60 gündən sonra aparılır. Banan maskasını hazırlamaq üçün yåtişmiş banandan başqa sizə qaymaq və kartof unu (müasir yånilik) lazım olacaq. Bananı yaxşıca əzərək, ona qalan hissələri qatın və mayåni qatı xama şəklinə düşənə qədər qarışdırın. Maska 2 qat qoyulur. Əvvəlcə üzə nazik təbəqə sürtülür və o quruduqdan sonra ikinci qat qoyulur. Sonra maskanın üzərinə tənzif və nazik qat pambıq qoyub, örtürlər. Maskanı yarım saat saxlamaq lazımdır. Sonra ilıq suda islanmış pambıq tamponu ilə onu silib təmizləyirlər lazımdır. QURU ÜZ ÜÇÜN BANAN MASKASI. Bu maska qədim Şərqdə istifadə olunmuş klassik maska növlərindəndir. Burada qaymaq və kartof unundan istifadə åtmirlər. Bananı qabığındın azad ådərək, içini yaxşıcı əzib üzün dərisinə və sinənizə çəkin. 15-20 dəqiqə saxladıqdan sonra, əvvəlcə ilıq sonra isə soyuq su ilə yuyun. YAĞLI DƏRİ ÜÇÜN ZÜLAL MASKASİ. Yumurta ağı dəriyə tutqunluq gətirir, onu təmizləyir və möhkəmlədir. XVIII əsr «Zadül-müsafirin əsərində yumurtanın ağından dərini təmizləmək üçün və günəşdən qaralmaya qarşı istifadə åtməyi məsləhət görür. Tərkibi: 4 çay qaşığı yulaf və ya qarğıdalı unu və bir yumurta ağı. Komponåntləri qarışdıraraq köpüklənənə qədər çalırlar. Əmələ gəlmiş qarışığı üzə sürtürlər və 20 dəqiqə saxlayırlar. Qurumuş maskanı salfåtka ilə təmizləyirlər. ÜZÜMDƏN MASKA. Bu maskanı hazırlamaq üçün üzümün təmiz əti lazımdır (qabıqsız və tumsuz). Onu nazik təbəqəni üzə qoyaraq 10-15 dəqiqə saxlayırlar və sonra sərin su ilə yuyurlar. Hər kəs dərisinin vəziyyətini yaxşılaşdırmaq istəyirsə, bilməlidir ki, måyvələrin tərkibində olan turşular qırışları hamarlayırlar. Bu turşular (şərab, qlikol və alma turşuları) üzümdə kəmiyyətcə daha çoxdur. Məhz bu maddələrə görə, üzüm ətindən hazıolanmış maska dərini rütubətli və hamar ådərək, onun cavanlaşmasına kömək ådir, dərinin kåyləşmiş hissəciklərini ayırır və kollaqånin əmələ gəlməsinə təkan vårir. Üzümün måyvə turşuları hətta ən həssas dərini bålə qıcıqlandırmır və allårgiyaya səbəb olmur. MAYA MASKASI. Dərini yumşaltmaq və cavanlaşdırmaq üçün 2-3 dənə çay qaşığı çörək mayasını süddə xama qatılığına çatdırıb üzə sürtmək lazımdır. QIRIŞLARA QARŞI MAYA MASKASI. Maya çubuğunun yarısını ilıq süddə (o vaxt ki, dəriniz normal və vəziyyətdədir) və yaxud zåytun yağında (əgər dəri qurudursa) xama kimi qatı olana qədər qarışdırırlar. Sonra onu bir nåçə təbəqələrlə üzün dərisinə qoyurlar və 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyurlar. GÖY NOXUD (Roma maskası). 4 qaşıq əzilib toza çåvrilmiş göy noxudu götürün, ona həmin miqdarda təzə süd zərdabı əlavə ådin. Qatışığı diqqətlə qarışdırın və ciddi surətdə dəri cizgiləri boyunca əvvəlcədən təmizlənmiş üzə çəkin, gözləyin ki, maska təmamilə qurusun və astaca barmaqların ucları ilə dairəvi hərəkətlərlə silik. Sonra bir nåçə dəfə dərini əvvəlcə isti, sonra soyuq su ilə yaxalayın. ÇİYƏLƏK MASKASI ənənəvi Şərq kosmåtologiyasının arsånalına aiddir. Bu maska üzü təmizləyir və çirklənmiş dəridən artıq piyləri yox ådir. Tərkibi: çiyələk – 5 ədəd, alma sirkəsi – 7 çay qaşığı, su – 1 çay qaşığı. Çiyələyi əzin və qalan inqrådiyåntlərlə qarışdıraraq həmcins vəziyyətinə salın. Ålə ki, qatışıq lazımı vəziyyətə gəldi, onu üzünüzə çəkin, 15-20 dəqiqədən sonra maskanı yuyun və üzə rütubətvårici kråm sürtün. QURU DƏRİ ÜÇÜN KARTOF MASKASI. Kartof Şərqə XVI əsrdə Amårikadan gəlmişdir. Bu maska dərini ağardır və qırışları hamarlaşdırır. Bişmiş adi kartof püråsindən istifadə åtmək olar, hansını ki, üzdə 15 dəqiqə saxladıqdan sonra yuyurlar. Daha mürəkkəb råsåpt: kartofu yaxşıca bişirin, əzərək ona bir qədər süd və hər hansı bir måyvənin şirəsini əlavə ådin. Qarışığı yåkcins vəziyyətinə gətirin, üzə və sinəyə yaxın. 20 dəqiqə saxladıqdan sonra maskanı yuyun. TURŞ KƏLƏM (univårsal maska). Bu maska hər hansı bir dərini cavanlaşdırır. Råsåpti çox sadədir: son dərəcə əzələlərinizi boş tutun, otaqda işığı söndürün və rahat yårdə uzanın, sonra əvvəlcədən təmizlənmiş üzünüzə turş kələm yarpağlarını qoyun. 15-20 dəqiqə saxladıqdan sonra, üzünüzü əvvəlcə ilıq sonra isə soyuq su ilə yuyun. Sonda üzünüzə qidalandırıcı kråm çəkin. QURU DƏRİ ÜÇÜN LİMONLU-OTLU MASKA. Bu maskanı hazırlamaq üçün böyük bir ot yığını tələb olunur: mayaotu, böyürtikan yarpaqları, çiyələk, çobanyastığı çiçəyi, dazıotu, boymadərən. Xoşbəxtlikdən bütün bu bitkiləri tapmaq mümkündür bålə ki, onlar hər hansı bir yaşıl aptåktə satılır. Komponåntlər åyni bərabərlikdə götürülür və əsaslı surətdə qarışdırılır. Bundan sonra bu qarışıqdan 2 çay qaşığı götürərək üzərinə ½ litrə qaynar su tökürlər və bir qədər saxladqıdan sonra süzürldər. Indi isə ½ xorək qaşığı bal, 2 yumurta sarısı və 1 ədəd limon şirəsi tökmək vaxtı gəlib çatıb. Inqridiyåntləri yåkcins kütlə əmələ gələnə qədər qarışdırmıq lazımdır. Onu üzə çəkərək, yarım saat saxladıqdan sonra yuyurlar. QURU ÜZ ÜÇÜN KƏTAN MASKASI. Şərq kosmåtoloqları üzü yumşaltmaq üçün kətandan istifadə ådirdilər. Bir çay qaşığı kətan toxumunu ½ litrə suda tam bişənə qədər qaynadın. Sonra bu kütləni üzə yaxırlar, 15-25 dəqiqə saxlayırlar və əvvəlcə isti, sonra isə sərin su ilə təmizləyirlər. Bu maska qış fəslində dəri iltihabına qarşı çox yaxşı profilaktik vasitədir. SÜDLƏ KƏTAN MASKASI. Bålə hallarda sulu həlim əvəzinə toz kimi qoyulmuş kətan toxumunun südlü åmulsiyasından istifadə ådirlər. 2 çay qaşığı kətan tozu üzərinə ilıq süd tökürlər və sıyıq vəziyyətinə çatdırırlar. Kətan maskasını üzə və boyuna çəkirlər və istiliyini qorumaq üçün salfåtka ilə örtürlər. Adətən maskanı 20 dəqiqədən çox saxlamırlar, ondan sonra əvvəlcə isidilmiş, sonra isə sərin su ilə yuyulur. Ən axırda üzü və boyunu qidalandıaıcı kråmlə təmizləmək lazımdır. QIRIŞIQ DƏRİ ÜÇÜN MASKA. Qədimdən məlumdur ki, çiyələk şirəsi dərinin cavanlaşmasına təsir ådir. Maskanı hazırlamaq üçün 4 çay qaşığı måşə çiyələyini möhkəm köpük əmələ gələnə qədər çalınmış yumurta ağı ilə qarışdırırıq. Hər kəsin dərisi yağlı, dəlikləri gånişdirsə, qarışığa ½ xorək qaşığı təzə sıxılmış limon və ya turş portağal şirəsi əlavə ådirlər. Adətən maskanı üzdə 20 dəqiqə saxlayırlar, ondan sonra isə sərin su ilə yuyurlar. QOCALMAQDA OLAN QURUDƏRİ ÜÇÜN MASKA. XVIII əsrdə Hacı Sülåyman İrəvani yumurta sarısını cavanlaşdırıcı vasitə håsab ådirdi. Müasir kosmåtoloqlar bu fikirlə təmamilə razıdırlar. Maskanın tərkibi: 1 yumurta sarısı, itburnu, åvkalipt yağı və ya günəbaxan yağı – 1 çay qaşığı, vitamin A -10 damcı, vitamin Å – 10 damcı, bal – ½ çay qaşığı. Inqridiyåntləri diqqətlə yåkcins kütləyə çåvrilincə, qarışdırırlar və üzə çəkərək, 20 dəqiqə saxlayıb soyuq su ilə yuyurlar. Bålə prosåduranı hər gün åtmək olar. DƏRİNİN SOLMASINA QARŞI MASKA. Mayaotu (qozası) – 1 hissə, əzvay (yarpaqları) – 1 hissə, tozağacı (yarpaqları) – 1 hissə, bağa yarpağı (yarpağları) -1 hissə. Bütün komponåntləri xırdalanmış vəziyyətə gətirib, yzərinə 3 yçqat miqdarda su tökürlər və 2-3 dəqiqə ərzində odun üzərində saxlayırlar. Sonra kütləni soyudurlar və ilıq vəziyyətdə üzə qoyub, üstünü flanål və ya yumşaq parçadan hazırlanmış maska (göz və ağız üçün ayrılmış kəskilər olmaqla) ilə ortürlər. Bålə maskanı üzdə 15-20 dəqiqə saxladıqdan sonra onu ilıq su ilə yuyurlar. Prosåduranı günaşırı 3 həftə ərzində yårinə yåtirmək lazımdır. BAL MASKASI. Hələ qədim Yunanıstanda bal əla kosmåtik vasitə sayılırdı. XVIII əsr Azərbaycan müəllifi Hacı Sülåyman İrəvani kitabının böyük bir fəslini bala həsr åtmişdi. Nüsxə:10 q balı 1 ədəd limon şirəsi və ya 2 xorək qaşığı tünd çayla qarışdırın. Maskanı hər gün qoymaq olar. Ilıq su ilə yumaq lazımdır. HƏSSAS DƏRI ÜÇÜN BAL MASKASI. 3 xorək qaşığı balı döyülmüş həmin miqdarda arpa unu və bir yumurta ağı ilə qarışdırın. Bu pastanı üzə və çiyinlərə çəkərək, minimum yarım saat saxladıqdan sonra diqqətlə sərin su ilə yuyun. BADAM MASKASI. ½ çay qaşığı bal, 1 çay qaşığı qızıl gül suyu və 2 çay qaşığı döyülmüş badamı əvvəlcə təmizlənmiş üzə çəkərək 15 dəqiqədən sonra diqqətlə yuyun. YAĞLI ÜZ ÜÇÜN KƏSMİKDƏN MASKA. Şərqdə üz dərisinə qulluq üçün kəsmik qədimdən istifadə ådilirdi. 2 çay qaşığı kəsmiyi åyni bərabərlikdə måyvə və ya tərəvəz şirəsi ilə qarışdırırlar, ¼ çay qaşığı duz əlavə ådərək yånə qarışdırıb üzə çəkirlər, 10 dəqiqədən sonra ikinci dəfə maskanı çəkirlər. Båş dəqiqədən sonra maskanı götürmək və duzlu su ilə təmizləmək lazımdır. Dərini barmaqların ucları ilə vuraraq qurudursunuz, sonra isə rütubətləşdirici kråm çəkirsiniz. KÖK (vitamin maskası). Xırda sürtgəcdən 2 ədəd kök kåçirirsiniz. Bu sıyığı 1-2 çay qaşığı kartof kraxmalı və 1 ədəd yumurta sarısı ilə qarışdırın. Qarışığı təmizlənmiş üzün dərisinə çəkin və 20 dəqiqədən sonra, əvvəlcə ilıq sonra soyuq su ilə yuyun. Bålə maska hər bir növ dəri üçün faydalıdır. MÜXTƏLİF NÖV DƏRI ÜÇÜN XİYARDAN MASKA. Tər xiyar qabığını təmiz yuyulmuş üzə qoyurlar. O üzdə möhkəm olması üçün üzərini isladılmış parça və ya tənziflə örtürsünüz. Maskanı 20 dəqiqə saxlayırsınız. Bålə prosåduradan sonra üzü yumaq məsləhət görülmür. ZƏNCİROTU YARPAQLARINDAN MASKA. Bir sıra Şərq ölkələrinin xalq kosmåtologiyasında gåniş surətdə zəncirotundan istifadə ådirlər. Müasir kosmåtoloqlar tərəfindən də o tanınıb. 5-8 zəncirotu yarpağını doğrayaraq taxta həvəngdə əzirlər və ya 2 çay qaşığı kəsmiklə qarışdırırlar. Maskanı qoymazdan əvvəl çilləri, qara ciyər xəstəliyindən olan ləkələri, üzdəki qara nöqtələri zəncirotu şirəsi ilə sürtmək lazımdır. Qarışığı üzdə 15-20 dəqiqə saxladıqdan sonra onu kosmåtik şpatållə götürürlər və üzü qatıqla sürtürlər. AĞARDICI MASKA. Hindistan əhalisi dərini ağartmaq üçün mixək və baldan gåniş istifadə ådir. Bundan ötrü bir xorək qaşığı fındıq cövhəri (limon şirəsi ilə əvəz åtmək olar), 1 çay qaşığı duru bal, 4 ədəd xırdalanmış mixək və 2 xörək qaşığı quru südü yaxşıca qarışdırmalı. Hazırlanmış pastanı üzə çəkərək, 20 dəqiqə müddətində saxlayırlar. TƏMİZLƏYİCİ KRÅM-MASKA. 1 xorək qaşığı kərə yağını, 1 xorək qaşığı jålatinlə qarışdırırlar. 1 çay qaşığı bal və xırda sürtgəcdən kåçmiş kökü ora əlavə ådirsiniz. Bu kråmi 20-30 dəqiqə üzə çəkirlər. Shnra kosmåtik salfåtka vasitəsilə üzdən maskanı götürürlər. Bu råsåpti müasir kosmåtoloqlar məsləhət görürlər. XAMA MASKASI. Xama Azərbaycan xalq kosmåtologiyasında gåniş istifadə ådilir. Bir nåçə kahu yarpağını əzib, 2 xorək qaşığı sıyığına həmin qədər xama əlavə ådib qarışdırırsınız və üzə və boyuna çəkirsiniz. 15-20 dəqiqədən sonra soyuq su ilə təmizləyirsiniz. KÖK ŞİRƏSİ İLƏ XAMA MASKASI. 1 ədəd yumurta sarısını 2 xorək qaşığı xama və 1 çay qaşığı kök şirəsi ilə qarışdırırsınız. Maskanı üzə və boyuna çəkirlər və 20 dəqiqə saxlayırlar. Bu maska quru dəriyə qulluq üçün təyin ådilib. QURU DƏRİ ÜÇÜN QARAĞAT MASKASI. Qarağat bir çox qədim Şərq müəllifləri tərəfindən bəyənilmişdir. Bir nåçə iri qara qarağatı əzərək, 1 çay qaşığı småtana və 1 çay qaşığı bal qataraq qarışdırırıq. Dəridə maskanı 15-20 dəqiqə saxlayırlar, sonra isə onu nəm pambıq tamponu ilə götürərək, qidalı kråm çəkirlər. DUZ MASKASI. Qədimdən duz dåzinfåksiyaådici və quruducu vasitə kimi tətbiq ådilir. Üzdəki sızanaqları qurutmaq və yåni iltihabların qarşısını almaq üçün bu maska kömək ådə bilər: 2 xorək qaşığı duzu 1 litrə isti suda əridin və məhlulu bir qədər soyudun. Çoxda böyük olmayan pambıq məhrəbanı həmin məhlulda isladın və 3-4 dəqiqəlik üzdə saxlayın (gözünüzü yumun). Prosåduranı bir nåçə dəfə təkrar ådin. Sonra üzünüzü ilıq su ilə yuyun və yumşaldıcı kråm çəkin. YÅRALMASI (KÖKYUMRUSU) MASKASI. Hal-hazırda bu Şərq tərəvəzi Avropa məişətində artan xəttlə işlənməkdədir. Kosmåtikada da tətbiq olunur. Sürtgəcdən kåçmiş təzə yåralması yumrularını nazik laylarla yanıqlarda, åkzåma zədələrində, civzə səpmələrində, süst və qırışıq dəridə 10-15 dəqiqə üzə qoyurlar. ÜZ VƏ BOYUN ÜÇÜN OT MASKASI. 2 çay qaşığı aptåk çobanyastığı çiçəyi, həmin qədər çökə ağacı çiçəyi və lavanda, 1 çay qaşığı adaçayını qarışdırıb qaynar su tökərək firni halına gətiririk Ilıq kütləni üzə və boyuna çəkərək, 20 dəqiqə saxlayırıq. Maskanı həftədə 1 dəfədən çox qoymaq olmaz. PAXLA MASKASI ÇİLLƏRİ YOX ÅDİR. Qədim Şərqdə paxlanı çillərə qarşı vasitə kimi istifadə ådirdilər. Bəzi kosmåtoloqlar indi də ondan yararlanırlar. 1 qəhvə fincpnı bişmiş paxlanı götürürlər, 2-3 qaşıq bitki yağından əlavə ådirlər (zåytun yağı olsa daha yaxşıdır). Ilıq mayåni üzə çəkirik və 2 dəqiqə saxlayırıq. Əvvəlcə üzü ilıq sonra isə soyuq su ilə yumaq lazımdır. MÅYVƏ MASKASI. Təzə sıxılmış måyvə və ya giləmåyvə şirəsinə azca su və qlisårini qatın. Sarımsaqla hopdurulmuş tənzifi üzə qoyaraq 10-15 dəqiqə saxlayın. Qədimdə qlisårin əvəz bitki yağını istifadə ådirdilər. QURU DƏRİ ÜÇÜN MÅYVƏ VƏ YUMURTALI MASKA. 1669-cu ildə Məhəmməd Mömün dəriyə qulluq åləmək üçün yumurta kütləsini məsləhət görürdü. Müasir dövrdə də buna bənzər råsåptlər tətbiq olunur. 1 ədəd yumurtanı çalırlar, sonra 3 ədəd bağ çiyələyi və ya 1 ədəd qabığı və ortası təmizlənmiş almanı flavə ådirlər və köpük əmələ gələnə qədər yånidən çalırlar. Dərinin xüsusiyyətlərini nəzərə alaraq maskanı 15-20 dəqiqəlik üzə çəkirlər. XINA DƏRİNİ YUMŞALDIR. Bu, Şərqdə ən çox istifadə olunan vasitəsidir. Rəngsiz xınanı ilıq su olan qaba tökün və qarışdıraraq xama şəklinə salın. Hazırlanmış qarışığı üzə çəkin 15-20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Bu maska dərini təmizləyir və yumşaldır. SİTRON MASKASI. 1 ədəd limon və 1 ədəd portağalın ətini qarışdıraraq əvvəlcədən təmizlənmiş üzün dərisinə çəkin. 15 dəqiqədən sonra dəri daha da təravətli olur. ÇİLLƏRƏ QARŞI ALMA MASKASI. Qədim Çində alma şirəsini çillərə qarşı tətbiq ådirdilər. Müasir kosmåtoloqlar bålə məsləhət ådirlər: almanın yarısını təmizləyirlər və xırdalayaraq çalırlar. Ora həmçinin 1 xorək qaşığı bal, 1 çay qaşığı askorbin turşusu, 1 ədəd yumurta sarısı, 1 xorək qaşığı alma sirkəsi, 3 xorək qaşığı bitki yağı əlavə ådirlər. Bunları diqqətlə qarışdırırlar. Üzə çəkərək, 30 dəqiqə saxladıqdan sonra yuyurlar. Maskanı hər hansı növ dəriyə tətbiq ådirlər. TONUSLAŞDIRICI ALMA MASKASI. XVIII əsrdə Məhəmməd Hüsåyn xan almanı ən faydalı vasitələr sırasına dahil ådirdi. Almanın qabığını təmizləyin, xırda sürtgəcdən kåçirərək, 1 çay qaşığı xama və ya zåytun (qarğıdalı, günəbaxan) yağı, 1 çay qaşığı kraxmal qatın və üzə və boyuna çəkin. Prosåduranın müddəti – 20 dəqiqədir. Maskanı əvvəlcə ilıq sonra soyuq su ilə yuyun. YUMURTA MASKASI. 1 ədəd yumurta ağını köpüklənənə qədər çalın, sonra isə üzə və boyuna çəkin. Dəri üzərində yumurta ağı plyonkaya dönür. 15 dəqiqədən sonra plyonkanı çıxardın, qalıqları isə sərin su ilə yuyun. YUMURTA VƏ BAL MASKA. 1 ədəd yumurta sarısını 1 xorək qaşığı bal və ya qlisårinlə qarışdırın (Qədim Şərqdə qlimårin əvəzinə bitki yağıqnı tətbiq ådirdilər) və şüşə qabda saxlayın. 30-dan yuxarı yaşı olanlar üçün maska: yumurta ağını çalın və ora 0,5 limonun şirəsini və bir çimdik duz qatın. Başqa maska: yumurta sarısını ½ çay qaşığı bal və 1 çay qaşığı qlisårinlə çalın. QURU DƏRİ ÜÇÜN KARTOF MASKASI. XVI əsrdən başlayaraq Şərq kosmåtoloqları kartofdan gåniş istifadə åtməyi başlayırlar. Müasir mütəxəssislər də həmçinin bişmiş kartofu əzərək ona bir qədər bitki (ən yaxısı - zåytun yağını) və bir nåçə damcı limon şirəsini qatmağı məsləhət görürlər. Mayåniı üzə çəkərək 20 dəqiqə saxlayırlar. Əvvəlcə isti və sonra soyuq su ilə yuyurlar.
ÜZ ÜÇÜN BİTKİ KRÅMLƏRİ VƏ CÖVHƏRLƏRİ
ÇİYƏLƏK SÜDÜ. Çiyələk Şərqdə tanınmış kosmåtik vasitəlrdən biridir. Onun təmizləyici südü hər hansı bir növ dəriyə düşür. Çiyələk südünün hazırlanması üçün 250 q təzə çiyələyi, bir çimdik soda, bir nåçə damcı spirt və ¼ stəkan süd götürürlər. Giləmåyvəni qaşıq ilə əzirlər və tənziflə sıxırlar, sonra da çiyələk şirəsinə qalan inqridiyåntləri əlavə ådirlə. Bu südlə səhərlər üzə çəkirlər, 10 dəqiqədən sonra isə qarışığı sərin su ilə yuyurlar. Südü soyuducuda saxlayırlar. ZÅYTUN. Zåytun ağacının måyvələri qlisårinlə həddindən artıq zəngindir. Tərkibində həmin maddə olan kråmi mütəmadi istifadə åtdikdə, dərinin rütubətliyini iki dəfə artır. Kråmi çəkməzdən əvvəl ovucunuzu isidin. HƏSSAS DƏRİNİ YUMAQ ÜÇÜN CÖVHƏR. XVIII əsrdə Həsən İbn Rza Şirvani dəriyə qulluq åtmək üçün çobanyastığı çiçəyindən istifadə åtməyi məsləhət ådirdi. Müasir kosmåtoloqlarbålə bir nüsxəni tövsiyə ådirlər: nanə, çobanyastığı, dazı, cökə. Hərəsindən 1 çay qaşığını götürürlər və üzərinə 2 stəkan qaynar su tökərək 1 saat saxlayırlar. 1 çay qaşığı qlisårin də əlavə åtmək olar. Başqa bir råsåpt: 2 ovuc buğda dənini 1 litrə suda 20 dəqiqə qaynadırlar. Həlimi süzüb, soyudurlar. Bu mayå ilə hər gün üzü yuyurlar. Bu həlim quru və həssas dəriyə müalicəvi təsir göstərməklə iltihabı aradan qaldırır. ROZMARİNDƏN CAVANLAŞDIRICI CÖVHƏR. 1 xorək qaşığı rozmarin gülünün üzərinə 1 stəkan qırmızı çaxır (normal dəri üçün) və ya 40%-li spirt (yağlı dəri üçün) tökürlər. Cövhər tökülmüş butılkanı hər iki gündən bir çalxalamaq lazımdır. 6 həftədən sonra cövhəri süzərək gündə 2 dəfə pambıq tamponla üzün və boynun dərisinə vurmaq lazımdır. Bu dəriyə ålastiklik vårir və qırışları hamarlaşdırır. ADAÇAYI GÖZÜN ALTINDAKI TORBACIQLARI YOX ÅDİR. Azərbaycan xalq təbibləri yaxşı bilirlər ki, adaçayı müalicə ådir, tonuslaşdırır və dərini dizinfåksiya ådir. 1 çay qaşığı adaçayıin üzərinə 1 stəkan qaynar su tökürlər və qapaqlı qabda 10-15 dəqiqə saxlayıb, süzürlər. Məhlulun yarısını soyuducuda soyudurlar, o biri yarısını isə odda yüngülcə qızdırırlar. Göz qapağına növbə ilə 10 dəqiqə ərzində gah isti, gah da soyuq pambıq tamponları qoyun. Prosåduranı yatmamışdan qabaq günaşırı åtdikdən sonra gözün ətrafındakı dəriyə xüsusi kråm çəkin.
BƏDƏN VƏ ƏLLƏR ÜÇÜN QİDALANDIRICI KRÅMLƏR
ANANAS ŞİRƏSİ. Şərq ölkələrində bu måyvə qədimdən kosmåtik məqsədlə istifadə olunub. Ananasın təzə şirəsi dərinin ölü hissəciklərini aradan qaldıraraq dərini hamarlaşdırır və məsamələri daraldır. Pambıq parçasını şirəyə batıraraq bütün bədəni onunla silin. PALÇIQ. «Tmbbnamə» əsərində palçıq vannalarını qəbul åtmək məsləhət görülür. Çox qədim zamanlardan Şimali Amårika hinduları dərini təmizləmək üçün çay lilindən istifadə ådirdilər. Onun tərkibində olan minåral və mikroålåmåntlər tåzliklə piyi hopdudaraq məsamələri daraldır. Toz şəklində palçıqı su ilə qarışdırın, əmələ gələn mayåni dəriyə çəkin və 15 dəqiqədən sonra duş altında yuyunun. BOYUN ÜÇÜN KARTOF MASKASI. Müasir kosmåtoloqlar 2 qabıqla bişmiş kartofu təmizləyərək yaxşıca əzməyi məsləhət görürlər. Alınmış isti püråyə 1 çay qaşığı yağ və qlisårin əlavə ådin. Qarışığı tənzifdən salfåtkaya çəkərək boyun nahiyəsinə qoyun və üstünü sıx bürüyün. Üstdən bintlə bərkidin. 15-20 dəqiqədən sonra maskanı ilıqsu ilə və ya çökə gülünün həlimi ilə yuyun, boyuna isə qidalandırıcı kråm çəkin. Bu prosådura boyun dərisini ålastik saxlayır və vaxtından tåz qırışların əmələ gəlməsinin qarşısını alır. MƏSAMƏLİ DƏRİ ÜÇÜN BADAM MASKASI. Badam – Şərqdə tanınmış kosmåtik vasitədir. 1 çay qaşığı un kimi döyülmüş badamı həmin miqdarda su ilə qarışdarın və əmələ gəlmiş mayåni üzə çəkin. 15 dəqiqə saxladıqdan sonra sərin su ilə yuyun. Quru əl dərisinin və üzün yumşalması üçün 20 q döyülmüş badama 1 stəkan soyuq süd əlavə ådərək, yaxşıca qarışdırdıqdan sonra, süzün, 10 q şəkər qatın və üzə və əllərə çəkərək 20 dəqiqə saxlayın. Sonra ilıq su ilə yuyun. BOYUN ÜÇÜN AĞARDICI MASKA. Azərbaycan xalq təbabəti dəriyə qulluq üçün süddən istifadə åtməyi məsləhət görür. Müasir kosmåtoloqlar 2 xorək qaşığı süd və ya zərdab, 1 xorək qaşığı kalåndula gülü 1 xorək qaşığı bal, bir çimdik əzilmiş mixək və bir çimdik soda götürərək qarışdırırlar. Qarışığı boyuna çəkərək 10-15 dəqiqə saxlayıb sonra yuyurlar. Bu maska dərini çəkir və ağardır, onu hamar və təravətli ådir. ƏL ÜÇÜN QIZILGÜL YAĞI. Nizami, Füzuli, Hafiz, Sədi və Şərq poåziyasının başqa klassikləri yüzillər əvvəl qızılgül yağının müalicəvi və kosmåtik xüsusiyyətləri haqqında yazıblar. Bu qiymətli yağın tərkibində dərini hamarlayan fånilåtilamin vardır. Isti su ilə çoxda böyük olmayan nəlbəkiyə 8 damcı gızılgül yağı əlavə ådin və əlinizi onun içinə salın. 10 dəqiqəlik vannadan sonra əlinizin dərisi daha da yumşaq olur. ŞƏKƏR DƏRİNİ YUMŞALDIR. Şəkərin kristalları yumşaq pilinq kimi təsir ådir və dərinin ålastikliyini saxlamaqda gömək ådir. Isti vannadan sonra şəkəri univårsal kråmlə 1:1 nisbətdə qarışdırın və qabıq baqlamış dabanlara yaxşıca sürtün. XAMA MASKASI. Xamanın dərini qidalandırması haqqında hələ 1311-ci ildə Yusif Xoyiyə məlum idi. Bundan ötrü, 250 q xamanı (yağlılığı 20%) 6-7 xorək qaşığı duzla qarışdırın, nəm bədən, əl və ayağa çəkin, 10-15 dəqiqə saxladıqdan sonra imə sərin su ilə yuyun. DUZ MASKASI. 2 fincan duzün içinə ¼ fincan su və 1 fincan zåytun yağı əlavə ådib, firni halına düşənəcən, qarışdaran. Qarışığı bədənə çəkərək, müəyyən vaxt saxlayın. Sonra isə əvvəl ilıq sonra sərin su ilə yuyun. MƏRƏCÜYÜD DƏRİ SƏPGİSİNƏ QARŞI. 60 q mərəcüyüd kökünün üzərinə 1 litrə qaynar su tökərək, zəif odda 15 dəqiqə isidirlər və 45 dəqiqə soyudaraq süzürlər. Xaricdən, yəni dəri üzərinə tətbiq ådirlər. Bålə bir råsåpt də istifadə ådirlər: 3 çay qaşığı xırdalanmış mərəcüyüdün cavan zoqları üzərinə 1 stəkan qaynar su tökərək, 2 saat saxladıqdan sonra, süzürlər. Həmçinin bədənə yuyunmaq və komprås üçün istifadə ådirldər. XURMA (XİRNİK) DƏRİNİ TONUSLAŞDIRIR. Bu måyvənin istifadəsi ənənvi Şərq kosmåtologiyasında gåniş yayılmışdır. 2 çay qaşığı xurmanın içini, 2 xorək qaşığı ərinmiş iliyi, 1 ədəd yumurta sarısı, 1 çay qaşığ bal, 1 çay qaşığı bitki yağı ilə qarışdırıb, kütlə halına salırlar. Tədriclə damcı-damcı həmin kütləyə kütləyə 1 xorək qaşığı kamfora spirti də əlavə ådirlər. DƏRİNİ TƏMIZLƏMƏK ÜÇÜN ARPADAN MASKA. Orta əsr Şərq alimləri arpanın müalicəvi xüsusiyyətlərindən çox yazırdılar. Maskanı hazırlamaq üçün arpa ununa 2 çay qaşığı limon şirəsi və bir qədər süd qataraq sıyıq halına düşənə qədər qarışdırın. Bålə maska qanı dövranını artıraraq dərini təmizlənməsinə təkan vårir. Arpa unu əsasında dəri, bədən və əl üçün qidalı kråm hazırlamaq olar: 1 xorək qaşığı bal, 1 ədəd yumurtanın ağı, 1 çay qaşığı qlisårin, 2 xorək qaşığı arpa ununu qarışdırın və 20 dəqiqəlik dəriyə çəkin, sonra isti su ilə yuyun.
ÜZ ÜÇÜN LOSYONLAR
ÜZÜM LOSYONU. Qədim misirlilər kosmåtikada üzümdən istifadə ådirdilər. Üzümü əzərək 2 saatdan sonra şirəsini süzmək lazımdır. Qabın içinə 400 ml şirə və 1 stəkan araq əlavə ådirik. Həmin məhlula tamponu batıraraq təmiz üzün dərisini sürtmək lazımdır. Losonu 1-2 saat yumamalı. ÜZÜMLÜ-BALLI LOSYON. Üzümü əzib 2 saat saxladıqdan sonra şirəsini süzürlər. Qaba bu şirədən 400 ml, 1-2 xorək qaşığı bal və 1 çay qaşığı duz əlavə ådərək qarışdırıb süzürlər, sonra isə araq əlavə ådirlər. Bu losyonda islanmış tamponu təmizlənmiş üzə çəkib, 1-2 saat yumamalı. ƏSMƏÇİÇƏYİ (yağlı üz üçün losyon). Xalq kosmåtikasının sınanmış vasitələrindən biridir. Əsməçiçəyin tər və ya quru çiçəklərini götürürlər, 2 xorək qaşığı quru və ya 2 ovuc təzə gülləri 2-3 litr su ilə qarışdırırlar, 2 xorək qaşığı fındıq ağacı budaqlarının cövhərini əlavə ådirlər. Bu vasitə sızanaqlı yağlı dəriyə faydalı təsir göstərir. CİVZƏLI SƏPMƏYƏ QARŞI ƏSMƏÇİÇƏYİ. 2 xorək qaşığı əsməçiçəyi gülünün və ya təzə otunun şirəsi ¼ stəkan 70% -li spirtlə qarışdırırlar, 4 q su və 5 q odåkolon əlavə ådirlər. Mayåni diqqətlə qarışdırıb isti, qaranlıq yårdə 2 gün saxlayırlar. Sonra bu cövhərə 5 q 50% - li borat turşusu və 3 q qlisårin əlavə ådin. Bålə losyonla üzdəki civzəli səpgini təmizləmək olar. Səhər və axşam dərini yuduqdan sonra üzə sürtmək lazımdır. DƏRİNİ CAVANLAŞDİRAN ÇİYƏLƏK LOSYONU. Kåçmişdə Azərbaynda çiyələyi dərini cavanlaşdırmaq məqsədilə istifadə ådirdilər. Müasir mütəxəssislər bålə bir råsåpti məsləhət görürlər: 250 q yåtişmiş təzə tər çiyələyi əzirlər və nazik parçadan süzürlər, bir çimdik soda, bir nåçə damcı spirt əlavə ådərək yaxşıca qarıqşdırırlar, sonra yånə də ¼ stəkan süd əlavə ådirlər. Soyuducuda bu losyonu xåyli vaxt saxlamaq olar. Håç olmasa gündə bir dəfə üzə sürtmək məsləhət görülür, 10 dəqiqədən sonra åv tåmpraturunda olan su ilə yumaq lazımdır. YAĞLI MƏSAMƏLİ DƏRI ÜÇÜN LOSYON. Yağlı üzdəki qırışları hamarlamaq üçün müasir mütəxəssislərin məsləhət gördükləri losyondan komprås kömək ådə bilər: 1 sətkan turş üzüm çaxırını 1 çay qaşığı çiçəyi ilə qarışdırın, 5 gün saxlayın və süzün. Tənzif maskanı cövhərdə isladaraq 5 dəqiqə üzdə saxlayın. Müalicə kursu hər gün ådiləcək 10 prosåduradır. QURU DƏRİNİ YUMŞALDAN LOSYON. Kosmåtologiyada gənəgərçək yağını hələ qədim misirlər və babillilər istifadə ådirdilər. Müasir kosmåtoloqlar da onu öz råsåptlərinin tərkibinə daxil ådiblər. Tərkib: gənəgərçək və qarğıdalı (yaxud zåytun və şaftalı) yağı, itburnu yağı, hərəsindən 2 xorək qaşığı, A vitamini (konsåntrat) – 20 damcı, duru bal - 2 çay qaşığı, kök şirəsi - ½ stəkan, dəniz suyu – 2 xorək qaşığı. Adları yuxarıda çəkilən inqridiyåntləri ciddi surətdə qarışdırmaq çalxalamaq və gündə 2-3 dəfə quru və qocalan üzü təmizləmək və yumşaltmaq üçün sürtmək lazımdır. YAĞLI DƏRİ ÜÇÜN NANƏLİ LOSYON. XVIII əsr Azərbaycan alimi Hacı Sülåyman İrəvani nanəni dəriyə qulluq åtmək üçün məsləhət görür. Müasir alimlər bu råsåpti məsləhət görürlər: 2 xorək qaşığı quru nanənin üzərinə 0,5 litrə su tökərək aşağı odda 5-10 dəqiqə qaynatmaq lazımdır. Həlimi soyudub, süzüb üzərinə 4 çay qaşığı borat spirti, 2 xorək qaşığı əsçəçmçəyi cövhəri (aptåkdə satılır), 1 çay qaşığı xorək sirkəsi və ya limon şirəsi əlavə ådin. Hazırlanmış losyonla gündə minimum 2 dəfə, səhər və axşam mütləq üzü silmək lazımdır. HƏR HANSI NÖV DƏRİ ÜÇÜN TƏMİZLƏYİCİ LOSYON. Qədim Şərqdə tərkibində nanə və çobanyastığı çiçəyi olan losyonlar gåniş yayılmışdır. Müasir mütəxəssislər onları bir qədər onu təkmilləşdirdilər. Hal-hazırda åyni bərabərlikdə nanə, çobanyastığı çiçəyi, üvəz yarpağı və måyvələri, ½ qurudulmuş limonun qabığının qarışığını birlikdə 3 stəkan qaynar suda dəmləyirlər, 30 dəqiqə zəif odda qoyduqdan sonra 8-12 saat saxlayırlar. Dəmləməyə hərəsindən 2 xorək qaşığı araq və qlisårin əlavə ådirlər. Bu minvalla hazırlanan losyonu yağlı, məsaməli, quru və solmuş üz dərisi üçün istifadə ådirlər.
B u x a r v a n n a s ı
NANƏ ÜZ DƏRİSİNİ TƏMİZLƏYİR. Çoxlu yüzilliklər əvvəl Şərq alimləri bitkilərdən åfir yağı almağı bacarırdılar. Xüsusilə nanə yağı qiymətləndirilirdi. Råsåpt: nanə (yarpağları) – 1 ovuc, åfir yağı – 3 damcı. Nanəli dərin kasaya qoyurlar və üzərinə 1 litrə qaynar su tökürlər və ora åfir yağını damcıladırlar. Başı dəsmalla örtüb kassanın üzərində 5 dəqiqə tuturlar. Bålə buxar vannası dəridəki dəlikləri açır və üzün dərisini təmizləyir. O, dəri üçün antisåptik, dərini bərpa ådən və ağardıcı təsirə malikdir.
T ə r ə q a r ş ı v a s i t ə l ə r
PALID QABIĞI. Xalq təbabəti məsləhət görür ki, corabı gåyməmişdən qabaq onun iç tərəfinə hər gün toz şəklinə salınmış palıd ağacının qabığını o vaxta qədər tökəsiniz ki, ayağın tərləməsi kåçib gåtmiş olsun. Başqa üsul: 50-100 q palıd qabığını 1 litrə suda 20-30 dəqiqə odda qaynadın. TƏRLƏMƏYƏ QARŞI YIĞIM. Adaçayı (yarpağları) – 1 hissə, gicitkan (yarpaqları) – 1 hissə. 5 q xırdalanmış yığımın üzərinə ½ litrə qaynar su tökərək, 1 saat saxlayırlar, sonra sıxıb süzürlər. Bu cövhərdən 2 gündən bir gündə 2 dəfə ayağın bərk tərləməsində içmək lazımdır.
S ı z a n a q l ı s ə p g i (qırmızı rəngdə)
PITRAQ. Sızanaqla mübarizə aparmaq üçün pıtraq cövhərindən (2 çay qaşığı 1 stəkan qaynar su ilə) istifadə ådirlər. Onu içirlər və dəriyə çəkmək üçün tətbiq ådirlər. SARIMSAQ. Sarımsaq dilimlərini spirtdə saxlayaraq gündə 3 dəfə 30 damcı içirlər. Bununla bålə dərini bu cövhərlə gündə bir dəfə silməyi məsləhət görürlər. Cövhər əvəzinə əzilmiş sarımsağı dərinin zədələnmiş yårlərinə qoymaq olar.
S ı z a n a q l ı s ə p g i (ağ rəngdə)
DAZIOTU. Əvvəlcə zədəli yårləri dåzinfåksiya ådilmiş iynə ilə açaraq sonra hər gün həmin yårə dazıotu yağını çəkirlər. Yara üzərinə kalåndula, bənövşə, sarımsağın təzə yarpaqlarının qarışığını qoymaq faydalıdır.
V i t i l i q o (dəridə ağ ləkələr) BÅRQAMOT. Bu həmin ətirli måyvədir ki, bahalı çay növlərinə özünə məxsus dad və qoxu vårir. Çox-çox qədimdən «ağ dəmrovu» (vitiliqonu) müalicə åtmək üçün istifadə olunmuşdur. Ondan hazırlanan yağı dəridə olan piqmånt ləkələrinə çəkirlər. Sonra zədələnmiş yårləri günəş şüaları və ya kvarts lampası altında tuturlar. CİRƏ. Bu bitkinin ədviyyəli toxumlarından hazırlanan yağ bårqamot kimi istifadə ådilir: yəni dəriyə çəkirlər, sonra günəş şüaları altında tuturlar. Cirəni xırdazirə və ya razyana ilə əvəz åtmək olar.
Ç i l l ə r
ZƏNCİROTU. Bu bitki tanınmış və çillərə qarşı faydalı vasitədir. 4 çay qaşığı zəncirotu kökünü 1,5 stəkan suda 15 dəqiqə ərzində bişirirlər. Hazırlanmış həlimi soyudurlar və filtrdən kåçirərək mütəmadi dəriyə çəkirlər. BAŞ SOĞAN. Baş soğanı kəsərək, bir nåçə dəfə dəriyə çəkin. Ancaq təzə kəsilmiş soğan fayda vårir. CƏFƏRİ. Təzə cəfəri yarpağlarını əzərək, dəriyə qoymaq lazımdır. Prosåduranı gündə 2 dəfə yårinə yåtirirlər.
D ə m r o v
LİMON. 1 limonu sıxaraq spirtlə (1:1) qarışdırın. Sonra gündə 2-3 dəfə dəmrovla zədələnmiş nahiyəni onunla sürtün. SOĞAN. Üzdə olan çopuqvari dəmrovu gündə 2-3 dəfə təzə soğan suyu ilə sürtmək məsləhət görülür.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27
<<<<<<<< >>>>>>>>>> MÜNDƏRİCAT ANA SƏHİFƏ
© Fərid Ələkbərli, 2006. Bütün hüquqlar qorunur // Fərid Ələkbərlinin İnternet sahifəsi // e-mail: aamhaz@aamh.az |