AZ  EN  RU

                            Fərid Ələkbərli,

                               t a r i x   e l m l ə r i   d o k t o r u

 

 

 

                       MƏŞHUR ORTA ƏSR AZƏRBAYCAN

                          HƏKİMLƏRİ

 

 

 

 

BƏHMƏNYAR ƏL-AZƏRBAYCANİ (vəfatı 1065/1066).

İbn Sinanin tələbəsi idi. Fəlsəfəyə aid “Ət-Təhsil” (“İdrak”) əsərində Bəymənyar bir sıra tibbi mövzulara da toxunur. Müəllif, Əbubəkir   İbn Zəkəriyyə Razinin, Əli İbn Abbasın, Əbu Reyhan Birunini, əl-Kindinin və Şərqin başqa böyük alimlərinin tibbi əsərləri ilə yaxından tanış idi. 

 

İSA ƏR-RAGİ TİFLİSİ (XI əsr).

İbn Sinanin “Tibb qanunları” əsərinə şərhlər yazmışdı.

 

KAFİYƏDDİN ÖMƏR İBN OSMAN (XI-XII əsrlər). Təhminən 1080-ci ildə anadan olmuş məşhur Şirvan həkimidir. Şamaxıda “Məlhəm” mədrəsəsini yaratmışdı və ona rəhbərlik edirdi. Qardaşı oğlu məşhur şair Xaqani Şirvaniyə (1120-1199) tibdən və başqa fənlərdən dərs deyirdi. Xaqani Şirvani özünün “Töhfənül-İraqeyn” poemasında Kafiyəddin Ömər və fəaliyyəti haqqında ətraflı məlumat verir.

 

ƏBU ABDULLA MƏHƏMMƏD BİN NƏMVAR TƏBRİZİ (1194-1245).

Təbriz şəhərində yaşayıb yaratmış bu məşhur həkim “Ədvarül-Həmmiyət” (İsitmələrə garşı dərmanlar) və bir sıra başqa əsərlərin müəllifidir.   

 

ƏBDÜL-MƏCİD TƏBİB (XIII əsr).

“Kitabül-Müdavat” ("Dərmanlar haqqında kitab”, təhminən 1275-1280) əsərinin müəllifidir. Kitabda psixiatriya, nevrologiya, seksopatologiya ilə yanaşı, tibbin bir çox başqa mövzuları da araşdırılır.     

 

NƏCMƏDDİN ƏHMƏD NAXÇIVANİ (vəfati 1253).

İbn Sinanın tibb və fəlsəfə üzrə əsərlərinə şərh və haşiyələr yazmışdı.

 

NƏSİRƏDDİN TUSİ (1201-1274).

Marağa Rəsədxanasının banisi və rəhbəri Nəsirəddin Tusi (1201-1274) minerallardan və başqa nəbii müalicə vasitələrindən bəhs edən “Risayeyi-Tibb” (“Tibb risaləsi”) və “Cəvahirnamə” (Qiymətli daşlar haqqında kitab”) əsərlərinin müəllifidir. Nəsirəddin Tusinin elmi məktəbinə aid alimlər də bir sıra  tibb əsərləri yaratmışlar. Bu alimlərdən biri Əbdül Məcid Təbibdir.

 

RƏŞİDƏDDİN (1247-1317).

Həmədan şəhərində həkim ailəsində doğulmuş bu məşhur təbib və tarıxçi sonralar Təbrizə köçür və burada yaşayıb yaradır. İlkhanilərin saray həkimi və vəziri olmuş Rəşidəddin, XIV əsrin əvvəllərində Təbrizdə  “Rəbi-Rəşidi” şəhərciyi və “Darüş-Şəfa (“Şəfa evi”) adlı elmi mərkəz təsis etmişdi. “Rəbi-Rəşidi”  tədris, tibb, elmi müəssisələri, o cümlədən rəsədxananı birləşdirən bütöv bir şəhərcik idi. “Darüş-şəfa” müasir Universitetlərə bənzəyən ali məktəb (mədrəsə) idi.  Orada Azərbaycan alimləri və müəllimləri ilə yanaşı ayrı ölkələrdən—Çindən, Hindistandan, Suriyadan və Misirdən dəvət olunmuş mütəxəssislər də çalışırdı. “Daruş-Şəfa”-nın kitabxanasında İrandan, Hindistandan, Misirdən, Çindən, Kritdən və başqa ölkələrdən gətirilmış on minlərlə əlyazma kitabi vardi. Buraya təbiətşünaslığı, fəlsəfəni, tarixi, tibbi, astronomiyanı, məntiqi öyrənmək üçün hər il Şərqin müxtəlif ölkələrindən 6-7 min tələbə gəlirdi.

 

MAHMUD İBN İLYAS (XIII-XIV əsrlər)

Məşhur Azərbaycan təbiblərindəndir. Təbrizdə anadan olmuşdu, sonralar Şiraza köçmüş və uzun müddət orada işləmişdi. Tibb üzrə fundamental “Kitabül-havi fi elmül mədavi” (“Tibb elmini tam əhatə edən kitab”) əsərinin və başqa qiymətli kitabların müəllifidir. Yüzlərcə dərman bitkiləri və başqa təbii müalicə üsulları haqqında məlumat vermişdi. Bu alim İranda və baçqa Şərq ölkələrində böyük şöhrət qazanmışdı.  

 

YUSİF İBN İSMAYIL XOYİ (XIII—XIV əsr)

XIII-XIV əsrlərin ən tanınmış əczaçı alimlərindən idi.  O, Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuş, orada tibb üzrə təhsil almış, sonralar isə Bağdada üz tutub, orada xəlifələrin saray həkimi olmuşdu. 1311-ci ildə Yusif ibn İsmayıl bütün Şərqdə şöhrət tapmış “Cameyi-Bağdadi” (“Bağdad toplusu”) adında əczaçılıq ensiklopediyasını  əsərini yazmışdı. Kitabda bir neçə min dərman bitkisindən, mineral və tibdə istifadə olunan heyvanlardan bəhs olunur.

 

MAHMUD İBN MƏHƏMMƏD DİLŞAD ŞİRVANI (XV əsr).

Bu şamaxılı həkim “Kəmalnamə”  (“Kamillik haqqında kitab”), “Müxtəsərüt-tibb” (“Müxtəsər tibb”, 1437-1438) rimi kitabların müəllifidir.

 

MƏHƏMMƏD İBN MAHMUD ŞİRVANİ (1375-1450).

Şirvanda anadan olmuş, sonralar Türkiyəyə köçmüş, orada saray həkimi işləmiş və osmanlı dilində bir neçə tibb əsəri yaratmışdır.  Onun ən məşhur əsəri göz xəstəliklərinin müaləcəsindən bəhs edən “Mürşid” əsəridir. Ondan başqa Məhəmməd Şirvani “Töhfeyi-Müradi” (“Muradın Töhfəsi”)  kitabını yazmışdı. Qiymətli daşların şəfaverici gücündən  xəbər verən bu kitab Osmanlı sultanı II Murada (1421-1451) ithaf edilmişdi.  Məhəmməd Şirvani bir sira qiymətli tibb əsərini ərəb və fars dillərindən türk dilinə çevirmişdi.

 

MİRZƏ MƏHƏMMƏD TƏBRİZİ (XV əsr).

Bu məşhur həkim Təbrizdə “Fəxrül-Əttiba” (“Təbiblərin fəxri”) ləqəbini qazanmışdı.  Onun oğlu Ələddin Şah İsmayil Səfəvinin saray həkimi olmuşdu.

 

ƏBÜLFƏT TƏBRİZİ (XV əsr).

İsmayil Mirzə Səfəvinin (vəfatı 1557) saray həkimi olmuşdu. Tibbi məharətinə görə şöhrət qazanmışdı. Boyu kiçik olduğuna görə xalq ona “Kiçik Həkim” ləqəbini vermişdi. İsmayıl Mirzənin ölümündən sonr o, Təbrizin valisi Əmir xanın sarayında həkim işləmişşdi.

 

ƏLƏDDİN HƏKİM TƏBRİZİ (XV-XVI əsrlər).

Şah İsmayıl Səfəvinin həkimlərindən biri və “Kamil-Əlai” tibb terminləri lüğətinin müəllifidir.

 

İMADƏDDİN MAHMUD (XVI əsr).

1549 ildə Şirvanın bəylərbəyi (valisi) olmuş Abdulla xan Ustajlunun həkimi.

 

ŞÜKRÜLLAH ŞİRVANİ (ŞİRVANZADƏ ŞÜKRİ -  XVI əsr).

Əslən Şamaxıdan olan bu həkim Qahirədə tibb üzrə təhsil almış və Türkiyədə işləmişdi. O, xəstələri  təmənnasız müalicə etdiyinə görə “Kasıbların həkimi” ləqəbini qazanmışdı.

 

YUSİF İBN MƏHƏMMƏDCAN QARABAĞİ (vəfatı 1591).

Qarabağda anadan olmuşdu.  Osmanlı-Səfəvi müharibələri zamanı Azərbaycandan mühacirət edərək, Səmərkənddə yaşayırdı və orada mədrəsədə dərs deyirdi. O, İbn Sinanının “Qanun” əsərinə şərh və haşiyələr yaxmışdi. Səmərqənd əhalisi ona hörmət əlaməti olaraq, “Böyük Axund” deyirdi.       

 

ƏBU TALİB TƏBRİZİ (vəfatı 1606).

Qəzvin şəhərində böyük xəstəxanaya başçılıq edirdi. Təbrizdə, Qəzvində və İstanbulda işləyirdi. 

 

HEYDƏR HƏKİM (XVI-XVII əsrlər).

Hindistanın Agra şəhərində, Böyü Moğollar sülaləsinin təmsilçisi Sultan Əkbərin sarayında  çalışmış Azərbaycan həkimidir. Azərbaycan dilində lirik şerlər də yazırdı.

 

HƏKİM MƏHƏMMƏD ƏMİN (XVII əsr).

Gilanın Lahijan məntəqəsində doğulmuşdu. Təhsil almaq üçün Təbrizə yollanmış və burada tibb elmini məşhur  Həkim  Cəbrayil və Həkim Məhəmməd Bəqərdən öyrənmişdi. Müəyyən müddət Təbrizdə həkimlik etmişdi.  Onun təsis etdiyi müalicəxana o qədər çox xəstə cəlb edirdi ki, başqa müalicəxanalar, demək olar ki, boş qalmışdı.  O dövrdə Təbriz Osmanlıların işğalı altında idi. Təbrizin Osmanlı valisi də Həkim Əminin təcrübə və biliklərinə valeh qalmışdı və tex-tez ona müraciət edirdi. Məhəmməd Əmin səyahət etməyi xoşlayırdı.  Günlərın bir günündə o, Ruma (Türkiyənin Avropa hissəsinə) səyahətə çıxır, qayıdan baş isə görür ki,  Şah Abbasın qoşunları Təbrizi osmanlıların əlindən alıb. Məhəmməd Əmin dərhal şahın hüzuruna yollanır ki, ona öz sədaqət və məhəbbətini bildirsin, lakin şahın soyuq münasibətindən təşvişə duşub Gilana qaçır. Sah Abbasın qəzəbini başa düşmək çətin deyil—çox guman ki, Məhəmməd Əmin Osmanlı işğalçıları ilə əməkdaşlıqda günahkar bilinmişdi. Ona görə, Məhəmməd Əmin bir daha Təbrizə qayıtmır və birbaşa Hindistana,  Əbdürrəhim Hani-Hanan adlı bir xeyriyyəçinin sarayına üz tutur. “Məktəbi-Xoşməndan” (“Ziyalıların məktəbi”) adı tanınmış bu möhtəşəm sarayda  Məhəmməd Əmin hörmətlə qarşılanır və bacarığı, tibbi səriştəsi və mülayim xasiyyəti sayəsində böyük şöhrət qazanır.

 

HƏKİM MƏHƏMMƏD BƏQƏR (XVII əsr).

Təbrizdə doğulub boya-başa çatmışdı. Onun qardaşı Mir Bəqər məşhur və istedali həkim idi və Shah Abbas Səfəvinin saray həkimi vəzifəsində çalışırdı.  Məhəmməd Bəqər də, qardaşi kimi, tibb sahəsində və başqa elmlərdə dərin savada malik idi.  Bir müddət Təbrizdə həkim işləyəmdən sonra o, Hindistana yollanır və Əbdürrəhman Hani-Hanan adında xeyriyyəçinin sarayına yol tapır. Bu xeyriyyəçinin əməlləri bütün İran və Azərbaycana əks səda salmışdı.  Hani-Hanan Məhəmməd Bəqəri hörmətlə qarşılayır,  onunla dostlaşır və özünün şəxsi həkimi təyin edir. Məhəmməd Bəqər ömrünün sonuna qədər orada yaşayır və böyük var-dövlət sahibi olur.

 

HƏKİM CƏBRAYIL (vəfatı 1616). Həkim Məhəmməd Bəqərin oğlu. Tibb elmini Qəzvin və İsfahan şəhərlərində öyrənmişdi, mehriban  xasiyyəti və səhavətinə görə şöhrət tapmışdı. Təhsilini başa vurandan sonra, şahın əmri ilə Ərdəbilin  “Darül-İrşad” mədrəsəsinə dərs deməyə göndərilmişdi.  Müəyyən müddətdən sonra, o, Ərdəbili tərk edib, Hindistana yollanır və Əbdürrəhim Hani-Hanan adında xeyriyyəçinin sarayına yol tapır. Lakin Həkim Cəbrayıl orada çox qalmır və Hindistanın Dekkan əmirliyinə üz tutur. Orada, o, Qolkunda şəhərinin hökmdarı Məhəmmədqulu Qütb Şahın himayəsini qazanır  və ölümünə qədər orada yaşayır.

 

İBRAHİM ZEYNALABDİN OGLU NAKHCHİVANİ (vəfatı 1649)

Əslən Naxçıvanlı olan bu həkim Dəməşq səhərinin (Suriya) baş həkimi vəzifəsində çalışırdı. 

 

MƏHƏMMƏD TAĞI TUFARQANLI (vəfatı 1682)

Tibb və fəlsəfə sahəsində bir neçə kitabın, o cümlədən, “Haşiyyatül-İdda” (“İdda” əsərinə haşiyə”) və “Kəkrül” (“Dərviş Çantası”) əsərinin müəllifidir. 

 

MƏHƏMMƏD HƏKİM ƏRDƏBİLİ (XVII əsr)

Əslən Ərdəbildən olan bu məşhur həkimin adı bir çox əsgi qaynaqlarda çəkilir.

 

RÜKNƏDDİN MƏSUD MƏSİHİ (1579-1655)

Məşhur həkim, alim və Azərbaycan dilində şeirlərin müəllifi. Onun atası Təbrizdə tanınmış bir təbib olmuş, özü isə İsfahanfa Şah Abbasın  şəxsi həkimi kimi fəaliyyət göstərirdi. Sonralar şahla həkimin arası dəyir və Məsihi İsfahani tərk edib Hindistanın Agra şəhərinə köçür. Orada, o, 20 il ərzində Böyük Moğollar sülaləsinin nümayəndələri sultan Əkbər və sultan Cahangirin saray həkimi olur.  “Zabitətül-Əlac” (“Müalocə üsulları”) kitabının müəllifidir. 

 

MURTUZA QULU  XAN ŞAMLU (XVII-XVIII əsrlər). Görêəmli Azərbaycan alimlərindən və təbiblərindən biridir. Murtuza Qulu õan Azərbaycanda ginåêîlîgiya və andrîlîgiya ålmlərinin inêişafına böyüê təsir göstərmişdir. Î, tibb ålminin bu sahələrinə ayrıca êitab həsr åtmiş ilê Azərbaycanlı alimdir.  Murtuza Qulu õanın «Õirqə» («Dərviş libası») əsərində bir çîõ cinsi õəstəliêlərin müalicəsindən bəhs îlunur. Əsər fars dilində yazılmışdı və Azərbaycanla yanaşı, Hindistanda, Iranda və Îrta Asiyada da məşhur idi. Məsələn, Iranın əlyazma õəzinələrində bu əsərin 20  qədim əlyazma nüsõəsi müõafizə îlunur.  Azərbaycanda bu qiymətli əlyazma êitabının cəmi bir nüsõəsi mövcuddur, və î da AMÅA-nın Əlyazmalar Institutunda saõlanır. «Õirqə» êitabı 29 hissədən (babdan) ibarətdir. Bablar fəsillərə bölünür. Nümunə êimi, bəzi fəsillərin adlarını göstərəê:Birinci fəsl. Sînsuzluğun səbəbləri haqqında;   Iêinci fəsl. Cinsi həvəs îyadan mərhəmlər  haqqında;  Üçüncü fəsl. Həmin təsirə maliê daõili dərmanlar haqqında; Dördüncü fəsl. Cinsi həvəsi azaldan dərmanlar haqqında; Båşinci fəsl. Îğlan və ya qızın dîğulacağından õəbər vårən əlamətlər haqqında; və s.

 

Mürtuza Qulu Şamlunun êitabından parçalar Azərbaycan dilinə tərcumə îlunmuş və F.Ələêbərlinin «Şərqdə ailə və niêah» (Baêı, Tural, 2001) êitabında yår almışdır. Məşhur alim və həêim îlmaqla yanaşı, Murtuza Qulu õan həm də tanınmış dövlət  hadimi idi. Î, Azərbaycan tariõində mühüm rîl îynamış şamlu türê tayfasının nümayəndəsidir. Şamlular şah Ismayıl Õətayi dövründən başlayaraq, Azərbaycanı idarə ådən Səfəvi höêmdarlarının əsas dayaq, qüvvələrindən biri îlmuşlar.  Murtuza Qulu Şamlu da Səfəvi əmirlərindən biri idi və 1678-ci ildə Ərdəbil şəhərinin valisi vəzifəsinə təyin ådilmişdi. Bu vəzifədə işləyərêən î, dövlət işləri ilə yanaşı, tibb üzrə araşdırmalarını da davam åtmişdir.      

 

HACI SÜLÅYMAN QACAR İRƏVANİ  (XVIII əsr).

Görêəmli Azərbaycan həêimi və alimidir. Înun fars dilində yazdığı «Fəvaidül-hiêmət» («Hiêmətin faydası») əsəri nəinêi Azərbaycanda, åləcə də Îrta Asiyada və Iranda böyüê şöhrət qazanmışdı. Bu êitab îrta əsr əzaçılıq, ånsiêlîpådiyasıdır və minlərcə dərman bitêisinin, håyvan və minåralın müalicəvi êåyfiyyətlərindən bəhs ådir. «Fəvaidül-hiêmət» əsərinin  nadir əlyazma nüsõələri Azərbaycan MÅA-nın Məhəmməd Füzuli adına əlyazmalar Institutunda və åləcə də Iran və Misirdə saõlanır. Bəzi êatalîqlarda înun adı “Êitabül-hiêmət” (“Hiêmət êitabı”) êimi də göstərilir.

 

Êitab iêi hissədən ibarətdir. Birinci hissədə dərman õassələrinin əlifba sırası ilə siyahısı vårilib. Iêinci hissə isə îrta əsr farmaêîlîji tårminlərinin izahlı lüğətidir. Burada bitêi, håyvan və minåralların Azərbaycan, türê, ərəb, fars, yunan, Çin, hind və başqa dillərdə adları vårilmişdir. Hacı Sülåyman Irəvani îrtə əsrlər zamanı Azərbaycanın məşhur mədəniyyət mərêəzi îlmuş Irəvan õanlığının paytaõtı Irəvan şəhərində anadan îlmuşdur. Î, Azərbaycanın siyasi və mədəni tariõində mühümm rîl îynayan və Irəvan  õanlığını idarə ådən Qacar türê nəslinin nümayəndəsi idi.  

 

HƏSƏN İBN RZA ŞİRVANİ. ÕVIII əsrdə yaşamış məşhur Azərbaycan əczaçısı və «Siracüt-tibb» («Tibbin çırağı»)  əsərinin müəllifidir. Fars dilində yazılmış bu məşhur əsərdə yüzlərlə dərman nüsõələri göstərilmişdir. «Siracüt-tibb» îrta əsr Azərbaycan əczaçılarının stîlüstü êitabı îlmaqla yanaşı, qînşu Şərq ölêələrində də məşhur idi.

 

Êitabda mürəêêəb tərêibli nüsõələrdən bəhs îlunur. Müəllif înları «mürəêêəbat» adlandırır. Bu dərmanlardan bəziləri 50-60 və daha çîõ bitêilərdən ibarətdir. Nümunə êimi, Həsən ibn Rza Şirvaninin  nüsõələrindən birinini göstərəê: «Bambuêun içliyindən hazırlanan həblər («qursi-təbaşir») ödqîvucu təsirə maliêdir, qan təzyiqini aşağı salır, spazmlara qarşı faydalıdır. Tərêibi: bambuêun içi, qızılgül, ağ səndəl, õiyar tîõumları, nilufər sirîpu, zirinc, ərəb qatranı, gəvən êitrəsi, dəvətiêanın havada bərêimiş şirəsi. Bütün bunları yaõşıca döyürlər və sitrîn suyu ilə qarışdırıb yayma həblər düzəldirlər».

 

Həsən Ibn Rza Şirvaniyə məõsus bu əsərinin əlyazma nüsõələri Azərbaycan MÅA-nın M.Füzuli adına Əlyazmalar Institutunda və åləcə də Iranın əlyazma õəzinələrində saõlanır.

 

MİRZƏ HƏSƏN ŞİRVANİ (XVIII əsr)

Məşhur həkim və Şamaxıda xəstəxanananın rəhbəri.

 

MƏHƏMMƏD YUSİF ŞİRVANİ (XVIII-XVII əsrlər) Azərbaycanın məşhur alim,  həêim  və õəttatlarından biridir. Məhəmməd Yusif  Şirvani Şamaõıda dîğulub böyümüş, îrada həêimliê təhsili almış, həm  də dərmanşünaslıq, ålmini öyrənmişdir.  Î, Şirvan  bəylərbəyi Hüsåyn õanın åşiêağası Lütfəli bəyin yanında həêim îlmuşdu. 1711/2-ci ildə Məhəmməd Yusif Şirvani müəllifi məlum îlmayan “Tibbnamə” əsərinin üzünü êöçürmüşdür, îna müqəddimə, şərh və izahatlar yazmışdı.  Înun bu õidməti sayəsində bu êitab günümüzə gəlib çatmışdır. “Tibbnamə” əsgi türê dilində yaradılmış îrta əsr tibb əsərləri arasında vacib yår tutur. Bu êitab î zaman məlum îlmuş əêsər õəstəliêlərin müalicəsindən bəhs ådir.  

 

“Tibbnamə” əsəri Azərbaycanda 1990-si ildə  êiril əlifbası ilə gåniş îõucu êütləsi üçün nəşr ådilmiş ilê  îrta əsr tibb əsəri îldu. Sînralar bu êitab rus dilinə də tərcümə îlundu və Sanêt-Påtårburqda nəşri ådildi. “Tibbnamə”  Rusiyada dərc ådilmiş Azərbaycanın tibb üzrə ilê îrta əsr qaynağıdır.

 

ƏBÜLHƏSƏN  MARAĞAYİ (ƏL- MƏRAĞİ, XVIII əsr). Məşhur Azərbaycan həêimi və alimidir. Cənubi Azərbaycanın Marağa şəhərində anadan îlmuşdur.  1775/6-ci ildə  fars dilində tibb və əczaçılıq, üzrə “Müalicəti-münfəridə” əsərini yazmışdır. Bu êitabda müõtəlif õəstəliêlərin müalicəsindən və bir çîõ dərman îtlarının, minåral və håyvanların sağaldıcı êåyfiyyətlərindən bəhs îlunur. Sinir siståmi õəstəliêlərindən migrån, måninqit, yaddaşın pîzulması,  dåpåråssiya, qarabasmalar, åpilåpsiya, insult, iflic və sair õəstəliêlər haqqında ardıcıl məlumat vårilir. Məsələn, Əbülhəsən Mərağayi qıcîlmalara qarşı süsən, maral piyi, çödüêîtu, bal, sədəfîtu və êastîrdan (qunduzun qîõu vəzisindən) hazırlanmış yağdan istifadə åtməyi tövsiyyə ådirdi.

 

Êitab həcmcə böyüê îlmasa da, ånsiêlîpådiê õaraêtår daşıyır, tibb və əczaçılıq, ålmlərinin əsas məsələlərini əhatə ådir. Əsəri yazarêən, müəllif îndan öncə yaşamış məşhur Azərbaycan alimlərin êitablarından, õüsusil ilə də Yusif Ibn Ismayıl Õîyinin “Cəmül-Bağdadi” əsərindən yararlanmışdır. Əbülhəsən Mərağayinin əsərinin əlyazması AMÅA-nın M.Füzuli  adına Əlyazmalar Institutunda müõafizə îlunur

 

AĞA SEYİD ƏLİ TƏBRİZİ (1787-1898)

“Qanun əl-Əlac” (“Müalicənin qanunları”), “Zadül-Müsafirin” (“Səyahətə çıxanlar üçün məsləhətlər”),  "Risaleyi-Cizri” (“Dərmanlar haqqında risalə”) əsərlərinin müəllifidir.

 

<<<<<<<<ANA SƏHİFƏ

 

 

© Fərid Ələkbərli, 2006. Bütün hüquqlar qorunur // Fərid Ələkbərlinin İnternet sahifəsi //

e-mail: aamhaz@aamh.az